Bakı metrosunda şüşə arakəsmələr QURAŞDIRILACAQ? - Rəsmi AÇIQLAMA

Ötən illər ərzində bir neçə nəfər "Bakı Metropoliteni"nin stansiyalarında relslərin üzərinə yıxıldıqdan sonra mühafizənin gücləndiyinə şahid olduq. Xüsusilə səhər saatlarında bir yox, iki nəzarətçinin sıxlığı tənzimləməsi artıq öyrəşdiyimiz reallıqdır. Niyyət yaxşı olsa da, rəftarla bağlı eyni fikri səsləndirmək çətindir.

Nəzarətçilər bəzən hərbi ilə vətəndaş rəftarını qarışdırırlar, sərnişinlərin üzərinə qışqırırlar.

Bəs bu qədər qəliz və məsuliyyət tələb edən bir variant yerinə beynəlxalq praktikadan nümunə götürmək mümkün deyilmi?

Məsələn, bəzi ölkələrdə "platforma təhlükəsizlik qapısı" praktikasına rast gələ bilərik.
 

Belə ki, şüşə arakəsmələr həm sərnişinlərin növbə sistemini tənzimləyir, həm də təhlükəsizliyin təmin olunması üçün istifadə olunur. Sərnişinlər daxil olarkən, sadəcə, qatarın qapı hissəsi açılır və platformada qəza riski sıfıra enir.


Qiymət artımı fonunda sözügedən praktikanı Azərbaycanda reallaşdırmaq mümkündürmü?

Platformalarda təhlükəsizliyin artırılması istiqamətində "platforma təhlükəsizlik qapıları" kimi texniki həllərin tətbiqi nəzərdən keçirilirmi?

Yaxın gələcəkdə metronun modernləşdirilməsi çərçivəsində platformalarda təhlükəsizliyin gücləndirilməsi üçün yeni layihələr nəzərdə tutulurmu?

Bizim.Media xəbər verir ki, "Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhlükəsizliklə bağlı bütün məsələlər, o cümlədən platforma təhlükəsizlik qapılarının tətbiqi imkanları diqqət mərkəzində saxlanılır.

Məlumatda qeyd olunub ki, məsələnin vacibliyi, sadəcə, qeyd edilən qapıların quraşdırılması ilə yekunlaşmır:

"Platforma qapılarının quraşdırılması üçün bir sıra əhəmiyyətli texniki tələblərə əməl edilməsi vacibdir. Bunun üçün platformaaltı səviyyə inşaatın norma və qaydalarına əsasən gücləndirilməli, ən əsası - stansiyalarda və istisnasız olaraq bütün qatarlarda qapıların sinxron və maneəsiz açılmasını təmin edən müvafiq sistemlər quraşdırılmalıdır.
 

Lakin nəzərə alınmalı olan kifayət qədər vacib məqam tunellərdə və stansiyalarda texniki infrastruktur, hərəkətin təşkili, konstruktiv və normativ dəyişikliklər, mövcud texnoloji proseslərin yenilənməsi və müvafiq digər məsələlərdir".


"Metropolitendə təhlükəsizlik ən mühüm vəzifə olduğundan bununla bağlı prioritetlərin nəzərə alınması, əsaslandırılmış zəruri səbəblər, mövcud infrastruktura təsirləri və digər uyğun tədbirlər mütləq olaraq diqqətdə saxlanılaraq həyata keçirilməsinə üstünlük verilir", - deyə sonda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

End of content

No more pages to load

RADİO