“Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd

Ölkədə həyata keçirdiyi sosial layihələrlə tanınan “Kontakt” mağazalar şəbəkəsi bu il Zəfər Gününün 5 illiyi münasibətilə təqdirəlayiq bir addım atıb.

Şəbəkə “Gələcəyi Yazanlar” təhsil proqramı çərçivəsində əlavə 20 nəfərin tam - 100% təqaüdlü təhsil xərclərini qarşılayıb.

Bu təşəbbüs yay aylarından start götürmüş “Kontakt” ilə “Div Academy”nin tərəfdaşlığı əsasında həyata keçirilən “Gələcəyi Yazanlar” təqaüd proqramının II dalğasının tərkib hissəsidir.
 

Proqramın əsas mexanizmi tələbə yönümlüdür: müraciətçilər əldə etdikləri nəticəyə əsasən 60% və ya 40% təqaüd qazana bilirlər. Bundan əlavə, “Kontakt” bu layihədə bir xüsusilik də edib: sosial cəhətdən həssas əhali qrupundan 50 nəfərə tam 100% təqaüd də təqdim edib.


İndi isə Zəfər Gününün 5 illiyi münasibətilə bu rəqəmə əlavə yer də qoşulur. Zəfər yubileyinə görə “Kontakt” məhz qazi və şəhid ailəsi üzvü olan 20 nəfərin seçdiyi ixtisas üzrə təhsilin tam həcmini qarşılamağı öz üzərinə götürdü.

Proqram çərçivəsində ölkədə əmək bazarında ən çox tələb olunan istiqamətlər — Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə real bacarıqlar formalaşdırılır. Tədris müddəti seçilmiş sahə üzrə orta hesabla 6 ay davam edir və dərslər mütəxəssis təlimçilər tərəfindən əyani keçirilir.
 

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir ki, “Qarabağ Proqramı” çərçivəsində müxtəlif vətənpərvərlik layihələri həyata keçirir.


İndiyədək “Qarabağ Proqramı” üzrə həyata keçirilən vətənpərvərlik layihələrinə 2 milyon manatdan artıq vəsait cəlb olunub.

Şəbəkənin vətənpərvərlik missiyası bu gün də güclü şəkildə davam edir. “Kontakt” mağazalar şəbəkəsi yuxarıda bəhs edilən misilsiz təhsil imkanı ilə şəhid ailələrinin yanında olduğunu bir daha sübut edir və bu məsələlərə hər kəsi dəstək olmağa çağırır.

“Qarabağ Proqramı” ilə həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

End of content

No more pages to load

RADİO