75 bıçaq zərbəsi ilə öldürülən Arzunun qətlinin TƏFƏRRÜATI

Türkiyənin Bursa şəhərində rusəsilli, 20 yaşlı Arzu Xəlilovanın 75 bıçaq zərbəsi ilə qətlə yetirilməsi ilə bağlı təfərrüat üzə çıxıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Türkiyədə azərbaycanlı gənc sevgilisini öldürdü - 75 bıçaq zərbəsi…


Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, Arzu Xəlilova birlikdə yaşadığı Azərbaycan əsilli Salican Mehmet tərəfindən qətlə yetirilib.

Hadisə ilə bağlı istintaq başlanılıb.

Hadisə oktyabrın 3-də Yıldırım rayonunda yerləşən mənzildə, saat 15:00 radələrində baş verib.

İlkin məlumatlara görə, cütlük arasında mübahisə yaranıb və mübahisə zamanı Salican Mehmet mətbəxdən götürdüyü bıçaqla Arzu Xəlilovaya hücum edib.

Evdən gələn səs-küyü eşidən qonşular hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Salican Mehmeti əlində bıçaqla saxlayıblar.


Təcili tibbi yardım əməkdaşları Arzu Xəlilovanı ağır vəziyyətdə Yüksək İxtisas Təlim və Araşdırma Xəstəxanasına çatdırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Tibbi ekspertizanın ilkin nəticələrinə əsasən, Xəlilovanın bədənində 75 bıçaq yarası aşkarlanıb.

İstintaq zamanı Salican Mehmet ifadə verərək, qətli törətdiyini etiraf edib. Onun sözlərinə görə, mübahisə zamanı qadın “alış-verişə gedirəm, uşaqlara bax” dediyi üçün əsəbiləşib və bu səbəbdən bıçaqla hücum edib.

Cütlüyün 3,5 və 2 yaşlarında iki qızı olduğu bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, Salican Mehmet əvvəllər dəfələrlə məhkum olunub.

Onun barəsində qəsdən xəsarət yetirmə, narkotik vasitələrin saxlanması və odlu silah qanunlarını pozma maddələri üzrə səkkiz cinayət qeydi mövcuddur.

Bundan əlavə, Mehmetin öldürdüyü qadına qarşı cinsi təcavüz ittihamı ilə də istintaqa cəlb edildiyi bildirilir.
 

Hadisə ilə bağlı Bursa Prokurorluğu tərəfindən cinayət işi açılıb. Qətlin ailə-məişət zorakılığı zəminində baş verdiyi ehtimal olunur.


Faktla bağlı araşdırma davam etdirilir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Bu da İlon Maskın uçan maşını – VİDEO

Bu da İlon Maskın uçan maşını – VİDEO

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

İsrail Prezidenti Bakıya “Şuşa” təyyarəsi ilə gəlib? - Video

İsrail Prezidenti Bakıya “Şuşa” təyyarəsi ilə gəlib? - Video

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

End of content

No more pages to load

RADİO