AMEA ilə bir sıra ölkələrin Elmlər akademiyaları arasında anlaşma memorandumları imzalandı - FOTO

Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində AMEA ilə bir sıra ölkələrin Elmlər akademiyaları və akademik qurumları arasında anlaşma memorandumu imzalanıb.

AMEA-dan Bizim.Media-ya bildirilib ki, imzalanma mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin binasının tarixi barədə qonaqlara məlumat verib, binanın Türk dünyası üçün önəminə toxunaraq Birinci Türkoloji Qurultayın 1926-cı ildə məhz bu binada keçirildiyini söyləyib.
 

Akademik İsa Həbibbəyli son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələrinin genişləndiyini, AMEA-nın 80 illik tarixində ilk dəfə nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunduğunu söyləyib.


AMEA rəhbəri ötən müddət ərzində AMEA ilə Gürcüstan, Qazaxıstan, Türkmənistan, Bolqarıstan, Monteneqro Elmlər akademiyaları, TÜRKSOY, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Çinin Hebey Sosial Elmlər Akademiyası, Kore Akademiyası və Vyetnam Sosial Elmlər Akademiyası ilə birgə aparılan layihələr, həmçinin gələcəkdə nəzərdə tutulan birgə tədqiqatlar barədə məlumat verib.

Sonra çıxış ətrafında fikir mübadiləsi aparılıb, birgə layihələr nəticəsində ərsəyə gəlmiş nəşrlər qonaqlara təqdim olunub.

Daha sonra AMEA ilə İtaliya Milli Elmlər Akademiyası, AMEA ilə Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası, həmçinin AMEA ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında anlaşma memorandumları imzalanıb.

Sənədi AMEA tərəfdən akademik İsa Həbibbəyli, İtaliya tərəfdən İtaliya Milli Elmlər Akademiyasının üzvü professor Roberto Zelli, Qazaxıstan tərəfdən Qazaxıstan Prezidenti yanında Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Askar Cumaldidayev, DAAB tərəfdən isə Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev imzalayıblar.

Sonda çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, imzalanmış sənədlər əlaqələrimizin genişlənməsinə, birgə yeni layihələrin həyata keçirilməsinə və birliyimizin möhkəmlənməsinə xidmət edəcək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Bu da İlon Maskın uçan maşını – VİDEO

Bu da İlon Maskın uçan maşını – VİDEO

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

İsrail Prezidenti Bakıya “Şuşa” təyyarəsi ilə gəlib? - Video

İsrail Prezidenti Bakıya “Şuşa” təyyarəsi ilə gəlib? - Video

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

End of content

No more pages to load

RADİO