Medianın İnkişafı Agentliyində türkiyəli jurnalistlərlə görüş keçirildi - FOTO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Zəfər Günü münasibətilə Qarabağa və işğaldan azad olunmuş digər torpaqlara səfər etmiş Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə Medianın İnkişafı Agentliyində görüş keçirilib.

Bu barədə Bizim.Media-ya MEDİA-dan məlumat verilib.

Azərbaycanın bir sıra media subyektlərinin nümayəndələrinin də iştirak etdiyi görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Qarabağın işğal dövründə üzləşdiyi dağıntılar və hazırda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi barədə ətraflı məlumat verərək vurğulayıb ki, bu gün Qarabağa həyatın qayıdışı Azərbaycan xalqı üçün həm qürur mənbəyi, həm də tarixi hadisədir. O bildirib ki,
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə şəhər və kəndlər sürətlə bərpa olunur, müasir yaşayış məntəqələri salınır, sosial infrastruktur yenidən qurulur, bölgənin dayanıqlı inkişafı təmin edilir və bu müstəsna prosesin mediada işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
 

Agentliyin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə media sahəsində deyil, bütün istiqamətlərdə ən yüksək səviyyəyə yüksəlib. O vurğulayıb ki, iki ölkə hər zaman bir-birinin yanında olub və bu həmrəyliyin təməlində sarsılmaz qardaşlıq və dostluq dayanır.


Türkiyədən olan media nümayəndələri Azərbaycana səfərləri çərçivəsində işğaldan azad edilmiş ərazilərə, o cümlədən Qarabağ bölgəsinə səfər etdiklərini, orada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Onlar Xocalıda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdiklərini qeyd edərək, azad edilmiş torpaqlarda qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesini yüksək qiymətləndiriblər. Media nümayəndələri, həmçinin təmsil etdikləri informasiya resurslarında bu prosesin gedişi və əhəmiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə silsilə reportajlar və analitik materiallar hazırlayacaqlarını vurğulayıblar.

Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə media əlaqələrinin daha da güclənməsinə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli jurnalistdən Ərdoğanın müşavirinə SƏRT MESAJ – “Azərbaycanın daxili işlərindən sənə nə?!” – VİDEO

Türkiyəli jurnalistdən Ərdoğanın müşavirinə SƏRT MESAJ – “Azərbaycanın daxili işlərindən sənə nə?!” – VİDEO

Rəsmi Bakı Sultan Hacıyevi təbrik etdi – FOTO

Rəsmi Bakı Sultan Hacıyevi təbrik etdi – FOTO

Tramp: “Zelenski Ukraynanı məhv etdi"

Tramp: “Zelenski Ukraynanı məhv etdi"

Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

Şəhid bilib morqa apardılar, 3 gün sonra gözlərini AÇDI – Qazinin möcüzəvi HƏYAT HEKAYƏSİ – FOTO

Şəhid bilib morqa apardılar, 3 gün sonra gözlərini AÇDI – Qazinin möcüzəvi HƏYAT HEKAYƏSİ – FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

“1979-dan bəri belə çətinliklə üzləşməmişik”

“1979-dan bəri belə çətinliklə üzləşməmişik”

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs HƏBS EDİLDİ – FOTO/VİDEO

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs HƏBS EDİLDİ – FOTO/VİDEO

Milli Məclis: “Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb”

Milli Məclis: “Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb”

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR - FOTO

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR - FOTO

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Bu da İlon Maskın uçan maşını – VİDEO

Bu da İlon Maskın uçan maşını – VİDEO

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

End of content

No more pages to load

RADİO