Çex Respublikasının paytaxtı Praqada yerləşən Karlova Universitetinin botanika bağına "Xarı bülbül" çiçəyi hədiyyə edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, diaspor fəallarının təşəbbüsü ilə Azərbaycandan gətirilmiş "Xarı bülbül" çiçəyinin çex botaniklərinə təqdim olunması tanınmış azərbaycanlı biokimyaçı alim, Əməkdar elm xadimi, Karlova Universitetinin qızıl medalına layiq görülmüş professor Akif Quliyevin anım mərasimi çərçivəsində baş tutub.
Bizim.Media