Bakıda iranlı və azərbaycanlı qadınlar türk sevgililəri üstündə DAVA etdilər

Bakının Nərimanov rayonunda İran İslam Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Mahnaz xuliqanlıqda ittiham edilib.

Bizim.Media “Teleqraf.az”a istinadla xəbər verir ki, hadisə ötən il martın 19-da baş verib.

Mahnaz həmin gün saat 19:00-da Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin inzibati binasının daxilindəki giriş hissədə Qərənfillə (adlar şərti verilib - red.) mübahisə edib. Mübahisəyə səbəb İran vətəndaşının polisə şikayət etməsi olub.
 

Mahnaz polisə şikayət edərək münasibətdə olduğu Türkiyə vətəndaşı Sinanla olan avtomobil və ev mübahisəsini öz xeyrinə həll etmək istəyib.


Bu zaman Sinan polis şöbəsinə münasibətdə olduğu digər qadınla - Qərənfillə gəlib. İki qadın arasında mübahisə zamanı Mahnaz Qərənfilə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Mahnazın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahnaz ittiham üzrə özünü günahkar bilməyib. Bildirib ki, zərərçəkmişi əvvəllər tanımayıb:

"Hadisədən təxminən 5-6 ay əvvəl Nərimanov rayonunda mənzil aldım və orada yaşamağa başladım. Hadisədən iki-üç həftə əvvəl Türkiyəyə gedəndə mənzilin açarını Bakıda yaşayan və Türkiyə vətəndaşı olan tanışım Sinana verdim. Sinan da açarı Qərənfilə verdi və onlar birlikdə mənzildə yaşamağa başladılar".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü il martın 19-da İstanbul şəhərində olan zaman Qərənfilin istifadə etdiyi mobil telefondan ofisdə işlətdiyi mobil nömrəyə özünün tamamilə çılpaq, lakin sifəti görünməyən video görüntülərini göndərib:

"Məlum oldu ki, həmin görüntülər Bakı şəhərində olan yaşadığım mənzildən göndərilib. Dərhal Sinana zəng edərək bu barədə ona bildirdim. Sinan isə məni təhqir etdi. Həmin gün dərhal Bakı şəhərinə gəldim.

Mənimlə Sinan arasında avtomobillə əlaqədar mübahisələrimiz olduğu üçün Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək məlumat verdim. Bundan sonra 16-cı Polis Şöbəsinə getdim. Mənim şöbəyə dəvət olunmağımın səbəbi Bakı şəhərində işlətdiyim ofisin həmin şöbənin yaxınlığında yerləşməsi olub.

Polis şöbəsindən Sinanı da ora dəvət etdilər. O da Qərənfillə şöbəyə gəldi. Qərənfil şöbəyə gələn kimi məni nalayiq sözlərlə təhqir etməyə başladı, atamın ünvanına "qurumsaq" dedi. Qərənfil atama "qurumsaq" deyəndə 36 saat yol gələrək psixoloji vəziyyətim pis olduğundan onun üzərinə getdim, iki əlimlə ağzını bağlamaq istədim. Amma ona xəsarət yetirmədim".

İş üzrə zərərçəkmiş Qərənfilin sözlərinə görə, 2024-cü il martın 19-da Türkiyə vətəndaşı olan tanışı Sinan vasitəsilə Leyli kimi tanıdığı, sonradan adının Mahnaz olduğunu bildiyi şəxs 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət edib:

"Şikayətində bildirib ki, guya ona zəng edərək nalayiq ifadələrlə təhqir etmişəm.

Mahnazı Sinan vasitəsilə tanımışam. Sinanla isə təxminən 2019-cu ildən Türkiyədə olarkən işlə bağlı tanış olmuşam. Bundan sonra mobil telefon vasitəsilə sıx əlaqə saxladıq. Təxminən 7 ay sonra Sinan Bakıya gəzməyə gələndə görüşdük".

Zərərçəkmiş şəxsin ifadəsinə görə, Sinanla evdə olarkən onun telefonuna baxıb:

"Bu zaman Mahnazla SMS yazışmalarını gördüm və nömrəsini telefondan götürdüm. 2024-cü il martın 16-da öz mobil telefonumla Mahnaza zəng etdim və Sinanın mənimlə evli olduğunu bildirdim, bir də onunla görüşməməyini dedim. Mobil telefonda mübahisələrimiz olub.

Mahnazın şikayəti əsasında məni və Sinanı polis şöbəsinə dəvət etdilər. Şöbənin daxilində Mahnaz mənim də ona qarşı etdiyim şikayət səbəbindən əsasız hiddətləndi, qəflətən üzərimə hücum edərək hər iki əli ilə yuxarıdan aşağı üz nahiyəmə, sağ çiynimə zərbə endirdi. Məni onun əlindən Sinan aldı".
 

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilib. O, aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla bir il müddətə islah işləri cəzası alıb. Zərərçəkmiş şəxsin mülki iddiası qismin təmin olunub. Təqsirləndirilən şəxsdən mənəvi zərərə görə 500 manat və 100 manat dövlət rüsumunun tutulması, cəmi 600 manat mülki iddiaçıya ödənilməsi barədə qərar qəbul edilib.


Hökmdən zərərçəkmiş şəxs və onun vəkili apellyasiya şikayəti veriblər. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməsini, ona ən ağır cəza verilməsini və mülki iddianın tam təmin olunmasını istəyiblər.

Həmçinin təqsirləndirilən şəxs də apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

Hər iki şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Həm zərərçəkmiş tərəfin, həm də təqsirləndirilən şəxsin şikayətləri təmin olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycanda mənzillər KƏSKİN BAHALAŞIB – RƏSMİ

Azərbaycanda mənzillər KƏSKİN BAHALAŞIB – RƏSMİ

Bakı aeroportu payız-qış uçuş cədvəlinə KEÇİR

Bakı aeroportu payız-qış uçuş cədvəlinə KEÇİR

Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Rusiya Xarkovda iki yaşayış məntəqəsini ələ keçirdi – FOTO

Rusiya Xarkovda iki yaşayış məntəqəsini ələ keçirdi – FOTO

Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Bakıda küçə itləri sakinlərə hücum çəkdi – VİDEO

Bakıda küçə itləri sakinlərə hücum çəkdi – VİDEO

Ev alıb kirayəyə vermək “ölü kapital”a çevrilib – Ətək-ətək pullar necə batır?

Ev alıb kirayəyə vermək “ölü kapital”a çevrilib – Ətək-ətək pullar necə batır?

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəmədə QALİB GƏLDİ

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəmədə QALİB GƏLDİ

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

İrana qarşı yeni sanksiyalar elan etdilər

İrana qarşı yeni sanksiyalar elan etdilər

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

69 ölkədən tarixi qərar

69 ölkədən tarixi qərar

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

End of content

No more pages to load

RADİO