Tağı İbrahimov 10 nəfərin öldüyü partlayış barədə: "Övladları üzərindən alver aparanlar var"

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər əlavə ifadə veriblər.

Tağı İbrahimov ifadəsində qeyd edib:

"Bizi yanğında, partlayışda günahlandırırlar. Orada yanğın yox, birbaşa partlayış olub. Mən oranı icarəyə verirdim. Cavabdeh şəxslər icarəyə götürənlər idilər. Vergi ilə bağlı 693 min manatla razı olmasam da, onun ödənişini etmişəm. Ədliyyə Nazirliyinin ekspertizası da təsdiqləyib bu məbləğin doğru olmadığını. Zərərçəkənlərin xərclərini qarşılamışam, həlak olanların da o cümlədən.

 

1 milyon, 500 min ödəniş istəyib övladları üzərindən alver aparanlar var. Bu ödənişi mən etməməli idim, amma etmişəm. Ümid edirəm ki, ədalətli hökm oxunar. İcarəyə verdiyim dövrdə fövqəladə halların qarşısının alınması ilə bağlı daha əvvəl tədbirlər görmüşük, yanğın balonları və s. Bir daha qeyd edirəm ki, yanğın olsa idi, bir neçə nəfər qaça bilərdi, amma burada birbaşa partlayış olub".


Digər təqsirləndirilən Toğrul Rzayev də cavabdeh şəxs olmadığı üçün özünü günahkar hesab etməyib.

Daha sonra Tağı İbrahimovun vəkili vəsatətlə çıxış edərək yanğın təhlükəsizliyi və partlayışla bağlı ekspertizanın yenidən aparılmasını xahiş edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Eləcə də Tağı İbrahimovun böyrəklərində çatışmazlıqla bağlı tibbi arayış məhkəməyə təqdim edilib.

Məhkəmənin növbəti iclası 29 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, 2024-cu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib.

Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Tağı İbrahimov əvvəllər "ATV+"un prezidenti vəzifəsində çalışıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ - FOTO

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ - FOTO

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Azər Bağırov qələbəni ona həsr etdi

Azər Bağırov qələbəni ona həsr etdi

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

Ülviyyənin qayınana ilə bağlı şərhi müzakirə yaratdı - Video

Ülviyyənin qayınana ilə bağlı şərhi müzakirə yaratdı - Video

Nurçu təbliğatı, mafiya himayəsi və siyasi maraqlar – Türkiyənin ağrılı reallığı

Nurçu təbliğatı, mafiya himayəsi və siyasi maraqlar – Türkiyənin ağrılı reallığı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

End of content

No more pages to load

RADİO