Bu ölkələr milli pullarında Allahın adından istifadə edirlər - ARAŞDIRMA

Dünyada bəzən elə ziddiyyətlər olur ki, onları izah etmək üçün nə fəlsəfə, nə teologiya, nə də məntiq kifayət edir. Məsələn, şeytanın bu dünyadakı ən effektiv silahı pul və şöhrətdir. Bu gerçəyi elə məşhur “Şeytanın vəkili” filmində “şeytan”ın öz dilindən də duymaq acı gülüş doğurur. Bu şeytan icadının üstünə Allahın adının yazılması – əslində absurddur, hətta məsxərədir.

ABŞ illərdir bu “imanlı” pullarla ticarət edir, silahlar alır, satır, ölkələrə sanksiyalar tətbiq edir, daha nə diləgəlməz alqı-satqılar gedir... İndi də Ukrayna bu “müqəddəs” ironiyaya qoşulmaq niyyətindədir.

Pul – özündə tamahı, hakimiyyəti, korrupsiyanı, ehtirası, silahı, müharibəni, insan alverini, qumarı daşıyan bir vasitə olduğu halda onun üzərinə Allahın adını yazmaqla nə  isbat olunur?

Möminlikmi, yoxsa bu da bir marketinq növüdür?

Qərəz, superdövlətin işlərindən və niyyətindən baş açmaq mümkün deyil, ona görə də ehtimallarda dolaşıb qalmaqdansa, digər sualı araşdıraq: Allahın adına sığınan daha hansı valyutalar var?

Öncə onu deyək ki, ABŞ-nin valyutasında “In God We Trust” (Biz Allaha inanırıq) rəsmi devizi 1956-cı ildən yazılır.  

Bəzi köhnə Filippin valyutalarında (peso) “Pinaniniwalaan namin ang Diyos” (“Biz Allaha inanırıq”) ifadəsi yer alıb.

Baham adaları dollarında da elə ingiliscə “In God We Trust” ifadəsi eynilə ABŞ-dakı kimi yazılıb.

Yamayka dollarını  isə “God be with us”  (Allah bizimlədir) ifadəsi bəzəyir.

Barbados, Trinidad və Tobaqo, Sent-Kits, Nevisdə (Karib dənizi ölkələri) Britaniya təsirinin altında olduğundan köhnə pullarında “God Save the Queen/King” (Tanrı kral/kraliçanı qorusun) və ya “To God be the Glory” (Allaha təvəkkül) kimi ifadələr mövcuddur.

Afrikanın Qana dövlətində rəsmi əskinasın üstündə “Freedom and Justice”, (Azadlıq və Ədalət) yazılsa da, dövlət gerbində “God be our help” (Allah köməyimiz olsun) ifadəsi mövcuddur. Yəni pulda olmasa da, dövlət simvollarında Allah inancı əks olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Ronaldo yeni brend YARADIR

Ronaldo yeni brend YARADIR

Türkiyədə islamçı siyasətin QARANLIQ ÜZÜ

Türkiyədə islamçı siyasətin QARANLIQ ÜZÜ

Biləsuvardakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Biləsuvardakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Cerrardın yeni klubu məlum oldu

Cerrardın yeni klubu məlum oldu

Bərdədə sanitar 70 yaşlı xəstəni döydü

Bərdədə sanitar 70 yaşlı xəstəni döydü

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

End of content

No more pages to load

RADİO