TƏBİB-in nümayəndəsi Rəvanə Əliyeva ARB televiziya kanalında ona ünvanlanan tənqidə cavab verib.
Bizim.Media xəbər verir ki, R. Əliyeva artıq 4 aydır qurumun mətbuat katibi vəzifəsini icra etmədiyini açıqlayıb.
O, verililşin aparıcılarını qeyri-peşəkarlıqda günahlandırıb:
“Biriniz o efirdə qışqırışan “aparıcı”lara xəbər edin ki, vallah da, billah da vəzifəm 4 aydır dəyişib. Özü də onlar kimi işini bilməyən, özündən başqa heç kimi eşitməyən media işçiləri üzündən mətbuatla işləməkdən imtina etmişəm”-deyə TƏBİB-in nümayəndəsi cavab verib.
Bizim.Media