Milli Şuranı həbslərdən bir kaset xilas edib

Nicat Quliyevin Novxanıdakı bağ evində axtarış apararkən əməliyyatçılar gizli müşahidə kamerasına düşüblər; Vasif Talıbovun xalası oğlu ilə bərabər müxalifətdən də xeyli həbslər planlaşdırılıb, amma...

Bu ilin avqust ayının 7-də həbs edilən Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyevin Naxçıvan  Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğlu olduğu barədə xəbər vermişdik. N.Quliyevin həbsi ilə bağlı əldə etdiyimiz daha ilginc faktlar da var ki, onları da bu sayımızda oxuculara təqdim edirik.
Qeyd edək ki, keçmiş xarici iqtisadi əlaqələr naziri əvəzi olmuş N.Quliyev avqustun 7-də həbs edilib. İstintaqın yaydığı məlumata görə, N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə haqqındadır. Məcəlləyə görə, bu əməl 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Avqustun 8-də məhkəmənin qərarı ilə N.Quliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Oktyabrın 1-də həbs müddəti daha iki ay uzadılıb.


Amma ötən müddət ərzində nə rəsmi qurumlar, nə vəkilləri (Elton Quliyev və Əfqan Məmmədov) istintaqın gedişi barədə heç bir məlumat vermirlər. Vəkillər yalnız onu deyirlər ki, N.Quliyev özünü günahsız hesab edir. N.Quliyevin həbsinin hakimiyyətin ən odioz fiqurlarından olan V.Talıbova qarşı yönəlməsi ehtimalı da var və bu barədə bəzi sensasion bilgilər almışıq. Ötən saylarımızda da bu mövzu barədə yazarkən qeyd etmişdik ki, V.Talıbov xalası oğlunun həbsini Bakıdakı bəzi nazirlərlə pis münasibəti ilə bağlı olduğunu istisna etmir. Çünki V.Talıbovun xalası oğlunun həbsindən rəqiblərindən şübhələnmək üçün kifayət qədər əsasları da olduğu deyilir.  


V.Talıbovun şübhələndirən əsas məqam isə N.Quliyevin həbsi ilə bağlı olan əməliyyatdır.
Mənbənin xəbərinə görə, əməliyyatçılar avqustun 7-də gecə saat 23:30 radələrində N.Quliyevin Novxanıdakı bağ evində axtarış apararkən müşahidə kamerasına düşüblər. Həmin kamera N.Quliyevin həyətinin hasarında deyil, ona məxsus villaya bitişik boş torpaq sahəsinin divarında olub. “Əməliyyatçılar həmin torpaq sahəsindən keçərək bağ evinə giriblər” deyən, mənbənin sözlərinə görə, həmin çəkilişdə ittihamın qurama olduğuna dair təkzibedilməz sübutlar var.  Xəbərlərə görə, bu fakt da V.Talıbovu xeyli qəzəbləndirib.  


Ali Məclis sədri prezidentə doğru məlumat verməyib, qohumunun qandallanmasının əsas təşkilatçılarını, əməliyyat zamanı onun ailəsinə olan psixoloji basqıları həm də özünə qarşı düşünülmüş planın tərkibi hesab edib. Ümumiyyətlə, V.Talıbov Bakı ilə əlaqələrini xeyli azaldıb, hətta oğlanları belə paytaxt küçələrində daha tez-tez görünmürlər. Naxçıvanda özünə balaca krallıq quran V.Talıbov seçkidə də fəal olmadı. Onun ətrafında müəmmalı proseslərin cərəyan etməsinin bağlı olduğu klanın-Bəylər Əyyubovun zəiflədilməsi ilə birbaşa əlaqəsini axtaranlar da var. 4 aydır həbsdə saxlanılan qan qohumunun az qala müxalifətin hərbi komandanı kimi həbsini isə V.Talıbov hələ də həzm edə bilmir. 


Xatırladaq ki, N.Quliyevin 2005-ci ildə məhz Vasif Talıbovun xahişi və səyi nəticəsində həbsdən buraxıldığı da iddia olunur. Bu dəfə isə N.Quliyevlə bağlı ittihamlar o qədər ciddidir ki, V.Talıbov neçə aydır onu həbsdən buraxdıra bilmir. Xəbərə görə, V.Talıbovun xalası oğlu ilə bağlı məsələ prezidentə məruzə edilib. Onun R.İbrahimbəyovla telefon danışıqları xüsusi-xidmət orqanları tərəfindən qeydə alınıb.  Prezidenti inandırıblar ki, iş təkcə N.Quliyevin telefon danışığı ilə bitmir. Məlumata görə, N.Quliyevin Milli Şuranın daha bir neçə üzvü ilə də telefonla danışması barədə hakimiyyətdə təkzibedilməz sübutlar olub. Mənbə deyib ki, N.Quliyevə qarşı həbs əməliyyatı hazırlanarkən Milli Şuradan 20-25 nəfəri də “Mili Şuranın hərbi qanadı” ittihamı ilə həbs edilməsi planlaşdırılıbmış. Amma sonradan həm N.Quliyevin müdafiə tərəfinin “əlimizdə bir kaset var” mesajından sonra yuxarılar da həbslərlə bağlı plana sanksiya verməyib. Bu səbəbdən də həm istintaq, həm N.Quliyevin işi “dalana dirənib”.

Xəbərlərə görə, həbslə bağlı V.Talıbov prezidentlə də görüşsə də, təminedici cavab almayıb. Maraqlıdır ki, V.Talıbovun xalası oğlu ilə münasibətləri yaxşı olsa da, Nicat Quliyev qohumunun hakimiyyətdəki nüfuzundan və parasında istifadə etməyib. O, 2004-cü ilədəkAcarıstan prezidenti Aslan Abaşidzenin müşaviri postunda da çalışıb. N.Quliyev xaricdə, son olaraq da Türkiyədə bir neçə dəfə ciddi biznesə girişsə də, müflis olub. Onun son dövrlər də ciddi maliyyə sıxıntısı yaşadığı deyilir. Onun maşını belə həyat yoldaşının adına imiş. Mənbəmiz deyib ki, N.Quliyevin Bakıya gəlməkdə məqsədi burdakı əmlakını, o cümlədən Novxanıdakı bağ evini satmaq və Azərbaycandan birdəfəlik getmək istəyi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda fəhlə iş yoldaşı tərəfindən öldürüldü – FOTO

Bakıda fəhlə iş yoldaşı tərəfindən öldürüldü – FOTO

Əhalinin NƏZƏRİNƏ - Bəzi ərazilərdə işıq olmayacaq

Əhalinin NƏZƏRİNƏ - Bəzi ərazilərdə işıq olmayacaq

İran ABŞ qırıcılarını məhv etdi – VİDEO

İran ABŞ qırıcılarını məhv etdi – VİDEO

Tanınmış aktrisa VƏFAT ETDİ

Tanınmış aktrisa VƏFAT ETDİ

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

İrandan ABŞ-ın hücumlarına CAVAB – Dörd ölkəyə zərbələr endirildi – VİDEO

İrandan ABŞ-ın hücumlarına CAVAB – Dörd ölkəyə zərbələr endirildi – VİDEO

Sel 77 xırdabuynuzlu heyvanı tələf etdi – VİDEO

Sel 77 xırdabuynuzlu heyvanı tələf etdi – VİDEO

Diqqətlər okeanın O TAYINDA - Dünya çempionatı start götürür

Diqqətlər okeanın O TAYINDA - Dünya çempionatı start götürür

İran səmasında "od yağışı" - ABŞ-ın əməliyyatları genişlənir – VİDEO

İran səmasında "od yağışı" - ABŞ-ın əməliyyatları genişlənir – VİDEO

BİZİM TƏQVİM:11 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyunda baş vermiş tarixi hadisələr

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

End of content

No more pages to load

RADİO