38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi yeni bina ilə təmin edilib

Moderator.az-ın məlumatına görə, 38 saylı Nizami ikinci seçki dairəsi hər bir şəraiti olan və ən müasir texnologiyalarla təmin edilmiş binaya köçüb. Gəncəyə məxsus memarlıq üslubunda olan bina qədimliyi qorunmaqla demək olar tamamilə yenidən qurulub, seçki dairəsinin hər bir üzvü üçün rahat iş şəraiti yaradılıb.

Açılış mərasimin iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd etmişdir ki, ölkəmiz gündən-günə inkişaf etdikcə demokratik cəmiyyət quruculuğu istiqamətində də uğurlu addımlar atılır. Elə bu qədim binanın tamamilə yenidən qurularaq dairə seçki komissiyasının ixtiyarına verilməsi də bu sahədə həyata keçirilən tədbirlərdəndir. Əvvəllər uyğunlaşdırılmamış binada fəaliyyət göstərən dairə seçki komissiyası indi əsaslı surətdə yenidən qurulmuş binada işini davam etdirəcək. Buna görə Gəncə seçiciləri adından ölkə başçısına minnətdarlıq edən Elmar Vəliyev ona da əminlik ifadə etmişdir ki, istər qarşıdan gələn prezident seçkilərində, istərsə də digər seçkilərdə şəffaflığın və demokratiyanın təmin olunmasında söz yox ki, yaradılan bu şərait müsbət rol oynayacaq.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edərək son illər seçki sistemində həyata keçirilən yeniliklərdən danışmış və qeyd etmişdir ki, artıq respublikanın əksər şəhər və rayonlarında seçki dairələri üçün çoxlu sayda binalar inşa edilmişdir. Lakin Gəncədəki 38 saylı dairə seçki komissiyasının binası bunların hamısından fərqlənir. Gəncə gündən-günə böyüyərək öz simasını dəyişir. Özü də şəhərdə abadlıq və quruculuq işləri aparıldıqca onun qədimliyi də qorunub saxlanır. Elə bu qədim binanın belə bir görkəmdə əsaslı şəkildə yenidən qurulması onu göstərir ki, şəhərdə qədim binalara ikinci həyat verilməklə yanaşı onun şəhərə verəcəyi gözəllik də nəzərə alınır.

Mərasimdə 38 saylı dairə seçki komissiyasının katibi Rauf Qurbanov, seçici Şəhla Məmmədova da çıxış edərək keçiriləcək bütün seçkilərin şəffaflığı üçün yaradılan bütün bu şəraitə görə ölkə başçısına, eləcə də bu qədim binanın əsaslı şəkildə qurulmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sonra rəmzi qırmızı lent kəsilmiş, mərasim iştirakçıları binaya daxil olaraq burada yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilmişdir ki, binada 2 iclas salonu, monitorinq mərkəzi, yerli və beynəlxalq müşahidəçilər, eləcə də komissiya üzvləri üçün otaqlar, qəbul otağı və sair yardımçı otaqlar yaradılmış, ən müasir texnologiyalarla təmin edilib.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

22 yaşlı Aminin həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

22 yaşlı Aminin həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

İlham Əliyevdən Monqolustan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Monqolustan Prezidentinə MƏKTUB

İlham Əliyev Laçında üç su elektrik stansiyasının açılışında iştirak etdi – FOTO

İlham Əliyev Laçında üç su elektrik stansiyasının açılışında iştirak etdi – FOTO

İran elmi sektora dəyən ZƏRƏRİ AÇIQLADI

İran elmi sektora dəyən ZƏRƏRİ AÇIQLADI

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Xaçmazda yaşayış evi yandı – ÖZƏL -VİDEO

Xaçmazda yaşayış evi yandı – ÖZƏL -VİDEO

20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

Skuter sürənləri bu cərimələr gözləyir – 4000 manatadək

Skuter sürənləri bu cərimələr gözləyir – 4000 manatadək

Afrika haqqında formalaşdırılan mənfi təsəvvürlərə seneqallı jurnalistdən REAKSİYA – FOTO

Afrika haqqında formalaşdırılan mənfi təsəvvürlərə seneqallı jurnalistdən REAKSİYA – FOTO

Monteneqroda baş verən cinayətin izi Azərbaycana qədər uzandı... – DETALLAR

Monteneqroda baş verən cinayətin izi Azərbaycana qədər uzandı... – DETALLAR

End of content

No more pages to load

RADİO