“II Qaregin mənimlə görüşmək istəyir, öz ambisiyalarından əl çəkməsələr...” - Allahşükür Paşazadə

"İşğaldan əvvəl iki dəfə Şuşaya gəlmişdim - bir dəfə açılışda, ikinci dəfə imam təyin olunanda. Daha sonra hadisələr başladı deyə, gələ bilmədik. Ağlımıza gəlmirdi ki, elə hadisələr olacaq, torpaqlarımız işğal altına düşəcək".

Bizim.Media xəbər verir ki, bunu dini konfessiyaların rəhbərləri ilə birgə Şuşaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, ermənilər zəbt etdikləri torpaqlarda 30 il ərzində heç bir iş görməyiblər, ancaq dağıdıb, məhv ediblər, özlərini insanlığa layiq olmayan formada aparıblar: 

“Mənim də bu illər ərzində Şeyxülislam kimi öz apardığım işlər, görüşlər olub, erməni katolikoslarla da görüşmüşəm. O görüşlərdə özümü heç vaxt sındırmamışam, qürurlu dayanmışam, amma daxilimdə bir sınıqlıq vardı, çünki 1 milyona qədər qaçqın və məcburi köçkünümüz var idi”.

Rus pravoslav kilsəsinin rəhbəri Patriarx Kirill və Katolikos II Qareginlə də görüşlərinin olduğunu deyən Şeyxülislamın sözlərinə görə, həmin görüşlərdə Katolikosdan xahiş edib ki, sülhün başlanğıcı üçün heç olmasa bir neçə kəndin qaytarılmasına yardım etsin:

“Razılaşmadı. Özü də bu kəndlər Dağlıq Qarabağa aid deyildi, Ağdam və ya Füzulinin kəndlər idi, amma qəbul etmədilər. Bu gün isə bizdən əsrlərin qaytarılması, yaxud hansısa kilsələrdə ibadətə şərait yaradılmasını istəyirlər. O kilsələr alban-udi kilsəsidir, ermənilər zəbt etmişdi. Katolikosun bizə müraciəti olub başqa-başqa yollarla, Patriarx Kirill və ya BMT xətti ilə görüş istəyiblər. Hələ tam cavab verməmişəm, əgər öz ambisiyalarından əl çəksələr, Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etsələr, görüşməyə hazırıq".

QMİ sədri bildirib ki, bugünkü Zəfər ən böyük zəfərdir, ən böyük qalib isə Prezident İlham Əliyevdir:

"Yüz illər boyu belə qələbəyə rast gəlməmişəm, bu gün İlham Əliyev cənabları öz adını tarixə Qalib kimi yazıb. Buradakı ibadətimizin böyük savabı, mənası var, Azərbaycan xalqı öz Şeyxinin Şuşaya gedib ibadət etməsini gözləyirdi. Digər dinlərin də nümayəndələri də mənə müraciət edirdi, qismət bu günə imiş. Bundan sonra arzumuz var ki, bu cür yerləri bir daha ziyarət edək. Bu yerlər bizim üçün müqəddəsdir, yəqin ki, digər yerləri də ziyarət edəcəyik. Din borcumuzdan biri də budur”.

A. Paşazadə qeyd edib ki, Prezidentin bu yaxınlarda iqtisadi rayonlarla bağlı imzaladığı Sərəncamda Qarabağla yanaşı, Şərqi Zəngəzurun da yer alması gələcək üçün bir işıqdır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Prezident: “Azərbaycanın sabit, uğurlu inkişafı var”

Prezident: “Azərbaycanın sabit, uğurlu inkişafı var”

Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR

Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR

Tramp: "Ukrayna Rusiya ilə müharibədə yaxşı mübarizə aparır" - VİDEO

Tramp: "Ukrayna Rusiya ilə müharibədə yaxşı mübarizə aparır" - VİDEO

Bakıda Neft Emalı Zavodunda yanğın oldu

Bakıda Neft Emalı Zavodunda yanğın oldu

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Qəza siqnalı verən Rusiyanın sərnişin təyyarəsi tapıldı - VİDEO

Qəza siqnalı verən Rusiyanın sərnişin təyyarəsi tapıldı - VİDEO

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun illik toplantısında – CANLI

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun illik toplantısında – CANLI

Dünya Çempionatı: Gecə baş tutan oyunların nəticələri

Dünya Çempionatı: Gecə baş tutan oyunların nəticələri

Zelenski G7 sammitində Tramp və Makronla mühüm görüş keçirdi - VİDEO

Zelenski G7 sammitində Tramp və Makronla mühüm görüş keçirdi - VİDEO

“Son iki ildir qızımın tərbiyəsinə ciddi qarışmırdım” – FOTO

“Son iki ildir qızımın tərbiyəsinə ciddi qarışmırdım” – FOTO

Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

Moskvaya kütləvi PUA hücumu: Neft emalı zavodunda partlayış – VİDEO

Moskvaya kütləvi PUA hücumu: Neft emalı zavodunda partlayış – VİDEO

"Mirkamilə görə məni qınayırlar"

"Mirkamilə görə məni qınayırlar"

Yerdən 217 işıq ili uzaqlıqda "qaynayan" planet tapıldı

Yerdən 217 işıq ili uzaqlıqda "qaynayan" planet tapıldı

Nağılbazlar, yoxsa gəlmə ərəblər: Masallının əsasını kimlər qoyub? – TOPONİMLƏR

Nağılbazlar, yoxsa gəlmə ərəblər: Masallının əsasını kimlər qoyub? – TOPONİMLƏR

Pezeşkian tarixi sənədi belə imzaladı – FOTO

Pezeşkian tarixi sənədi belə imzaladı – FOTO

Rusiyanın bu hava limanı da uçuşları dayandırdı – SAYI 7 OLDU

Rusiyanın bu hava limanı da uçuşları dayandırdı – SAYI 7 OLDU

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

ABŞ və İran arasında Anlaşma Memorandumu imzalandı – VİDEO

ABŞ və İran arasında Anlaşma Memorandumu imzalandı – VİDEO

Şəhər əfsanəsi yoxsa tarixi ənənə: Kvas çəlləklərinə həqiqətən diri qurbağalar atılırdı?

Şəhər əfsanəsi yoxsa tarixi ənənə: Kvas çəlləklərinə həqiqətən diri qurbağalar atılırdı?

Zəhranın öldüyü qəzada sürücünü HANSI CƏZA gözləyir?

Zəhranın öldüyü qəzada sürücünü HANSI CƏZA gözləyir?

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

End of content

No more pages to load

RADİO