Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə birgə foto çəkdirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “Qurani-Kərim”dən ayə oxunub.
Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər.
Daha sonra sənədlər imzalanıb.





















Bizim.Media