Bu gün Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axunzadənin doğum günüdür. O, 1914-cü il iyunun 12-də Gəncə şəhərində anadan olub. Çox qəribədir ki, elə M.Müşfiq də bu ayda doğulub. O, 1908-ci il iyunun 5-də Bakıda anadan olub.xa0
Moderator.az bu münasibətlə Dilbər və Müşfiqin ilk görüşü və evlənməsiylə bağlı xatirə yazısını təqdim edir.xa0
Dilbər ilk dəfə orda Mikayıl Müşfiqi görür:
“Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayyaqabı vardı. Alnının üstünə düşən qara tellərini əli ilə te-tez arxaya atırdı. Yoldaşlarındaxa0 fərqli olaraq, Müşfiq həyəcanlı və tutqun idi. Elə bil bu günkü təntənə onu sevindirmirdi”.xa0
Onlar ikinci dəfə “Kommunist” küçəsində rastlaşırlar, aralarında qısa dialoq keçir. Növbəti dəfə isə Dilbərin rəfiqələrindən olan Pirayə Müşfiqdən ona məktub gətirir. Məktubda Dilbər yazılan iki şeir və səmimi etiraflar vardı.xa0
“O gecə yuxum ərşə çəkildi. Oxuduğum kitablardakı aşiqlərin surətləri bir-bir gözlərimdə canlanmağa başladı. Onların arzuları, düşüncələri, keçdiyi həyat yolları, aqibətləri haqqında düşündüm. Müşfiqi və özümü onlarla müqayisə etməyə başladım...”
Və nəhayət, Dilbər razılaşır, gənc aşiqlər tez-tez görüşür, hər görüşdə Müşfiq ona yazdığı şeirləri oxuyur, qəlbini qazanmağa çalışır. Belə görüşlərin birində Müşfiq arzusunu dilə gətirir: “Bizim bu görüşlər mənim aləmimdə artıq mənəvi ehtiyaca çevrilib. Amma nə vaxtacan biz çəkinə-çəkinə, qorxa-qorxa görüşəcəyik?! İstəyirəm sizə elçi göndərim. Razılıq alan kimi nişan taxaq. Ondan sonra ürəyimiz istəyən vaxt görüşə bilərik. Sən də görüşə gələndə ayağının birini qaçaq qoymazsan”.xa0
1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla birgə, həmçinin məşhur müğənni Bülbül də iştirak edir. Eyni zamanda dövrün gənc şair və yazıçılarından Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn (xanımı Fatma ilə), Rəsul Rza (Nigar Rəfibəyli ilə), Məmməd Rahim (xanımı Mələklə) nişana təşrif buyururlar.xa0
1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar.xa0
“Evləndiyimiz vaxt Müşfiq “Azərnəşr”də redaktor vəzifəsində və 18 saylı məktəbdə müəllim işləyirdi. Qazancı da pis deyildi. Balaca otağımızda Müşfiq dağ şəlaləsi kimi coşub-daşır, yazıb-yaradırdı. Müşfiqin bütün varlığı şeirlə nəfəs alırdı. O, məni yuxudan şeirlə oyadar, şeirlə söhbət edər, axşamlar şeirin xoş zümzümələri ilə yatardı”.xa0
Mənbə: Dilbər Axunzadənin “Müşfiqli günlər” kitabı.xa0
Vasif Əlihüseyn