Qədim Qəbələdəyik: Güclənib birləşməyək, birləşib güclənək!

Sahil Tahirli yazır...

Bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dövlətlərinin artıq qlobal arenada vacib aktora çevirildiyini bir daha təsdiqlədi.
 

Ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər üzərində inkişaf edən TDT-nın artıq ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşması, nüfuzunun artması bütün dünyanın diqqət mərkəzindədir. Və bu amil müasir kələkötür dünya düzənində ayaqda qalmaq üçün olduqca vacibdir. Demək olar ki, hər gün yaşayıb gördüyümüz, ağrısını hiss etdiyimiz beynəlxalq münaqişələr elə beynəlxalq hüququn necə ayaqlar altına atıldığını, heçə sayıldığını təsdiq edir.


Xüsusən, biz isə bu mexanizmin 30 il işləmədiyinin, torpaqlarımızın işğalda saxlanıldığının da şahidi və iştirakçısı olmuşuq. Elə məhz buna görə də həyat və zaman tələb və diqtə edir ki, güclənib birləşməyin yox, birləşib güclənməyin tam vaxtıdır və Prezident İlham Əliyevin liderliyində Azərbaycanın qədim Qəbələ şəhərində-Qafqaz Albaniyasının paytaxtında bu gün dünyaya verilən mesaj da xüsusi əhəmiyyət daşıyır:

 “Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb.

Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.

Vahid güc, vahid inkişaf, vahid mübarizə

Prezident İlham Əliyevin qısa və məzmunlu çıxışı həm də TDT-nın gələcək inkişafı və güclənməsi üçün mühüm bir fəaliyyət proqramı idi. Hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu vurğulayan dövlətimizin başçısı qardaş Türkiyə ilə illərdir keçirilən və uğurla nəticələnən hərbi təlimlərin (Dinamika yüksəkdir: son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib) bütün türk dövlətləri səviyyəsinə daşınması niyyətindədir və bu amil gələcək güc birliyi üçün olduqca vacibdir.
 

Prezident İlham Əliyevin 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi də məhz vahid güc, vahid inkişaf, vahid mübarizə, sülh və təhlükəsizlik formuluna əsaslanır. Türk dövlətləri həm də təbii resurslar, nəqliyyat-logistika sahəsində böyük imkanlara malikdirlər və bu imkanların səfərbər edilib müştərək dəyərləndirilməsi maddi imkan və gəlirlərin artması baxımından mühüm əhəmiyyət kəsb edir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrası ilə şərtlənir.


Nəzərə alaq ki, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi:

- 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb; - Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.

Zəngəzur dəhlizi: yeni nəqliyyat arteriyası

Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. İki ay əvvəl Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Hazırda Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində də iş gedir. Azərbaycan, həmçinin, günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir;

- 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək;

-TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub.

TDT hadisələrin inkişafına yön verməlidir

Ümumilikdə, atılan addımlar, bu gün imzalanan “Zirvə Görüşünün Yekun Bəyannaməsi” Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi regionumuzun dayanıqlı inkişafına xidmət edir.

Təbii ki, günün real mənzərəsi onu göstərir ki, TDT hadisələrin gedişinə uyğun davranmaqdan çox, getdikcə daha da güclənməli və hadisələrin inkişafına yön verməlidir. Zəngəzur dəhlizinin açılması ilə yaranacaq coğrafi bütövlük inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlığı, dostluq və qardaşlığı daha da dərinləşdirmək fürsətidir. Həmçinin, Zəngəzur dəhlizi ilə bərabər, Orta dəhlizin də imkanlarının artırılması, eyni zamanda bu marşrut xəttləri üzərində siyasi, iqtisadi, hətta hərbi balansın həmişə bizim xeyirimizə inkişafı diqqətdə saxlanılmalıdır.

Bu mənada, əminliklə demək olar ki, 12-ci Zirvə görüşü tarixi bir görüşdür və gözləntiləri doğruldacaq. Bu arada, 12-ci zirvə görüşünün liderləri Türkmənistan tərəfindən Füzulidə tikiləcək yeni məscidin də təməlini qoydular. Türk dünyamıza xeyirli olsun! (media25.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

End of content

No more pages to load

RADİO