Vətən müharibəsinin xronikası: 8 oktyabr – VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bizim.Media Vətən müharibəsinin 12-ci gününün xronikasını təqdim edir.

• Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin 10-dək tankı, 6 ədəd “D-20” topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

• Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların videogörüntüsünü paylaşıb. 

• “Azərkosmos” ASC işğaldan azad olunmuş Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 8 oktyabr saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

• Düşmən ordusu cəbhənin Füzuli istiqamətində dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan istifadə edib.

• Ermənistan silahlı qüvvələri Bərdə şəhərini növbəti dəfə artilleriya atəşinə tutub.


Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

End of content

No more pages to load

RADİO