Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir

Ötən il Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanan Memorandum çərçivəsində həyata keçirilən və qızların təhsilini stimullaşdıran “Arzumuz var!” layihəsi öz məqsədinə çatıb. Layihə çərçivəsində paytaxt Bakı, Qusar, Göyçay, Ağcabədi, İsmayıllı, Qax, Xocalı, Qəbələ və Lənkəranda  yaşayan, aztəminatlı ailələrdən olan qızların universitetə hazırlıq xərcləri üçün təqaüd verilib.
 

Bu il məktəbli təqaüdçülərdən 5 nəfəri ali məktəbə daxil olub. Onlardan Zeynəb Əliyeva ADPU-nun ibtidai sinif müəllimliyi, Xəyalə Mürsəlova BSU-nun tərcüməçilik, Əminə Abdullayeva AZMİU-nun dizayn, Aysel Cavadova BDU-nun ekologiya mühəndisliyi, Həmidə Əhmədzadə isə ADPU-nun texnologiya müəllimliyi ixtisasına qəbul olub.


Ötən gün layihənin iştirakçıları və tərəfdaş qurumların rəsmi nümayəndələrinin iştirakı ilə maraqlı bir tədbir baş tutub. Tədbiri çıxış sözü ilə açan Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova layihənin nəticələrindən qürur duyduğunu bildirib. “Ötən il müxtəlif regionlardan olan qızlarımıza təqaüd imkanı yaratdığımız bu layihəyə start verəndə inanırdıq ki, nəticələri hər birimiz üçün uğurlu olacaq. Biz çox sevincliyik ki, təqaüdçülərimiz nəticələri ilə bu inamımızı doğrultdu. 5 qızımız tələbə adına layiq görüldü. Təbii ki, bütün uğurlu nəticələr əziyyət və zaman tələb edir. Biz bu müddətdə abituriyentlərimizə çox güvəndik, komandamız, mentorlarımız öz təcrübələri ilə hər an onların yanında oldu. Onlarla söhbətimizdən bir daha əmin oldum ki, layihəmizi davam etdirməli və daha çox gəncin həyatına toxunmalıyıq. Mən bankımız adından onların hər birinə yeni həyat yolunda uğurlar arzu edirəm. Biz missiyamızı bununla bitmiş hesab etmirik, hər zaman onların yanındayıq və tələbəlik illərində, daha sonrakı karyera həyatlarında dəstəyimizi yaxından hiss edəcəklər”.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək layihənin regionda yaşayan qızlarımız üçün önəmindən danışıb.

“Dövlət və özəl sektorun tərəfdaşlığı xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir. Biz artıq illərdir ki, regionda yaşayan qızlarımızın təhsil səviyyəsinin artırılması üçün müxtəlif layihələr həyata keçiririk. “Arzumuz var!” həm qızlarımız, həm onların ailələri, həm də komandalarımız üçün maraqlı bir layihə oldu. Düşünürəm ki, tələbə adını qazanan qızlarımızın uğuru layihənin digər iştirakçıları üçün də motivasiya olacaq və biz növbəti tədris ilində daha böyük uğurun qürurunu birlikdə yaşayacağıq”.

Layihə müddətində Kapital Bank-ın layihənin icra edildiyi bölgələrdəki filial əməkdaşları qızlara mentorluq edərək, onların ali məktəblərə hazırlığına dəstək olublar. Həmçinin bu müddətdə bank əməkdaşları tərəfindən onlara “Daxili gücün kəşfi”, “Kibertəhlükəsizlik”, “Yumşaq bacarıqlar” kimi bir çox mövzularda təlimlər keçirilib. Qeyd edək ki, layihə çərçivəsində abituriyentlərin ali məktəblərə hazırlıq xərclərinin qarşılanması nəzərdə tutulsa da bank tərəfindən 5 nəfər tələbənin universitetlər üzrə illik təhsil haqları da qarşılanıb. Bank tələbələrin texnoloji yeniliklərə əlçatanlığını artırmaq üçün onlara kompüterlər də hədiyyə edib.
 

Qeyd edək ki, təqaüd proqramına 7 yeni iştirakçı cəlb edilib.“Arzumuz var!” layihəsi həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaratmağa davam edir.



Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Ağdamda faciəvi şəkildə həlak olan ailənin FOTOSU

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Xameneinin dəfnində sirli boşluq: Müctəba haradadır?

Zəngilanda bir nəfər çayda boğuldu

Zəngilanda bir nəfər çayda boğuldu

End of content

No more pages to load

RADİO