Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu hakim qarşısına ÇIXARILDI

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov hakim qarşısına çıxarılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, oğul Səricanovun da işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
 

Ə.Səricanov da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib. O, dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir. 


Bu gün iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasın mahiyyətinə uyğun olaraq, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəməyə sədrlik edən hakim Səbinə Məmmədzadə ona hüquq və vəzifələrini izah edib.

Təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə istintaqının açıq keçirilməsi və başqa bir neçə vəsatət qaldırıb. Vəsatətlər təmin edilməyib. 

İlk baxış iclası oktyabrın 16-na təyin edilib.

Xatırladaq ki, Ə.Səricanova DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elan olunub.
 

Cinayət işinin materiallarından əldə etdiyimiz ilkin məlumata görə, Əbülfəz Səricanov bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlayıb.

DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət planının qarşısı vaxtında alınıb. Toplanmış sübutlar məhkəməyə göndərilib.

Qeyd edək ki, Əbülfəz Səricanovun atası Azər Səricanov Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Dünya iqtisadiyyatı təhlükə altındadır – Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Ronaldo yeni brend YARADIR

Ronaldo yeni brend YARADIR

Türkiyədə islamçı siyasətin QARANLIQ ÜZÜ

Türkiyədə islamçı siyasətin QARANLIQ ÜZÜ

Biləsuvardakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Biləsuvardakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Cerrardın yeni klubu məlum oldu

Cerrardın yeni klubu məlum oldu

Bərdədə sanitar 70 yaşlı xəstəni döydü

Bərdədə sanitar 70 yaşlı xəstəni döydü

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olundu - VİDEO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Parisdə etirazlar gərginləşdi: Telekanala hücum edildi - FOTO

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan klubunda baş məşqçi ayrılığı

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Zaqatalada DƏHŞƏT – TIR-ın altında qalan qadın həyatını itirdi

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları ARTIB

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib - FOTO

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

Prezidentdən Valeh Ələsgərovla bağlı sərəncam

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - VİDEO

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

Marketdən su alanların nəzərinə - Etiketdəki bu detallara baxın!

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

ABŞ və İngiltərədə qorxu dolu anlar - “Ruhlar” kameralara düşdü?

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Kuperin sirli 20 dollarlıq əskinası hərracda 134 min dollara satıldı

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Husilər Yəməndə strateji şəhəri mühasirəyə aldılar

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Berlində məktəblərdə namaz qılınmasına QADAĞA - Məhkəmə qərar verdi

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

End of content

No more pages to load

RADİO