Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Mənbə bildirir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mansurov Amil Məhəmməd oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media