“Nyu Cersi ştatının da qanunvericilik orqanı Qarabağın müstəqilliyini tanıdı. Bu sayca ABŞ-ın 10-cu ştatı oldu ki, Qarabağın müstəqilliyini tanımış oldu”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa səsləndirib.
Onun sözlərinə görə, bəzi amerikalılar özlərini həqiqətən axmaq yerinə qoyublar:
“Görməzə-bilməzə orada yaşayan bir qrup xəstə erməninin təklifi ilə özlərinə dəxli olmayan qərarlar çıxarırlar. Bu ştatlar hələ öz müstəqilliklərini elan edə bilmirlər, başqasının elan etdiyi "müstəqilliyi" tanımaqla məşğuldurlar.
Yeri gəlmişkən, hər nə qədər zarafatla yanaşsaq da bu kimi məsələləri ciddiyə almalıyıq və əks addımlarımızı atmalıyıq”.
Bizim.Media