Onların bazarlarda fəaliyyətinə qadağa qoyulacaq – VİDEO

Oktyabrın 1-dən bazarlarda bəzi şəxslərin fəaliyyətinə qadağa qoyulacaq.

Bizim.Media xəbər verir ki, icarəçilər yalnız obyektlərini vergi orqanında qeydiyyatdan keçirdikdən sonra işlədə biləcəklər. Satıcılar isə bu vəziyyətdən narazıdırlar.

İsmayıllı bazarındakı satıcıların sözlərinə görə, qazancları həmin vergini ödəməyə kifayət etmir:

“Bizim satdığımız məhsullar bütün marketlərdə var. Həmin səviyyədə alver edə bilmirik ki, o vergini də verək. Yer pulunu çətinliklə ödəyirik. Əksəriyyət bazarla vidalaşacaq”.

Ucar bazarında çalışan xanım isə deyir ki, ticarət obyektində bunu qarşılayacaq canlanma da yoxdur: “Nə satırıq ki, vergi də verək? Bizim bazarımızda nə canlanma var ki?! Nə qədər qazanırıq ki, vergi ödəyək?”

Bazarda dərzi olaraq fəaliyyət göstərən şəxs isə 1-2 manatı güclə qazandıqlarını deyir:

“5 ədəd şalvar alırlar, onun 1-2-nin ətəyini mənə kəsdirirlər. Ondan nə qazanıram ki, vergi də verim?!”

Cəlilabad bazarında çalışan satıcının sözlərinə görə isə, mövsüm vaxtı qazanc əldə etmək olur, qalan vaxtlar isə çətinliklə dolanırlar: “İndi də baxacağıq, əgər çətin olsa, məcbur olub mağazanı bağlayacağıq”.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin əməkdaşı Günel Bəhramqızı qeyd edib ki, dəyişikliklər kənd təsərrüfatı məhsulları satılan açıq bazarlara və kənd təsərrüfatı korporativlərinə aid deyil. Yeni qərar yalnız bazar daxilində yerləşən obyektlərdə mağaza və köşk kimi yerlərdə satış edənlərə aiddir:
 

“Bu dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək. Bazarlarda uçotsuz fəaliyyətin qarşısını alacaq. Bu isə öz növbəsində icarəhaqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq”.



İqtisadçı Rəşad Həsənov deyir ki, bazarlarda təsərrüfat obyektləri girişində müvafiq məlumatlar qeyd edilməzsə, qeyri-kommersiya sahibkarlıq subyektlərinə 40 manat, sahibkarlıq subyektləri üzrə 400 manat məbləğində cərimə tətbiq ediləcək. Əgər obyektin ümumiyyətlə vergi orqanında qeydiyyatdan keçirilmədiyi aşkarlanarsa, cərimə məbləği daha yüksək olur.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycan taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

End of content

No more pages to load

RADİO