Dərman xərclərimiz niyə kəskin artır?

"Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40.4 milyard manatlıq, o cümlədən 22.2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18.2 milyard manatlıq qeyri-ərzaq malları satılıb".

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.3 faiz, qeyri-ərzaq malları üzrə 6.7 faiz artıb:
 

"Pərakəndə ticarət dövriyyəsində diqqəti çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlərdəki artımdır. Bu müddətdə dərman preparatları və tibbi ləvazimatların alınmasına vətəndaşlarımızın xərclədiyi vəsaitin məbləği rekord səviyyədə - 21 faiz artıb. Bu o deməkdir ki, dərman və tibbi ləvazimatların alınmasına həmin müddətdə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə vətəndaşlarımız 210 milyon manat daha çox vəsait xərcləməli olublar. Bu isə kifayət qədər ciddi rəqəmdir.


Əczaçılıq məhsulları üzrə xərclərin artması dərman preparatlarının qiymətlərindəki dəyişikliklər və eləcə də tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti də artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı, tibbi xidmətlərdə qiymət artımları da davam edib.

Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq, bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman preparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna zərbə endirildi – VİDEO

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna zərbə endirildi – VİDEO

Bu kəndə köçənlərə pul ödəniləcək

Bu kəndə köçənlərə pul ödəniləcək

Ukraynaya bu gecə 68 raket və 351 PUA atılıb - Əsas hədəf KİYEVDİR – VİDEO

Ukraynaya bu gecə 68 raket və 351 PUA atılıb - Əsas hədəf KİYEVDİR – VİDEO

Tehranda Əli Xameneinin və ailə üzvlərinin dəfn mərasimi keçirilir – VİDEO

Tehranda Əli Xameneinin və ailə üzvlərinin dəfn mərasimi keçirilir – VİDEO

“Pembe”dən təsirli PAYLAŞIM: "Beter Əliyə salam de, Ethem..." – FOTO

“Pembe”dən təsirli PAYLAŞIM: "Beter Əliyə salam de, Ethem..." – FOTO

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – Foto

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – Foto

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Braziliya millisində 40 ilin antirekordu

Braziliya millisində 40 ilin antirekordu

End of content

No more pages to load

RADİO