Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – Foto

İyulun 4-də Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərini bildiriblər.

Belə ki, Ş.İsgəndərovun 2008-ci il təvəllüdlü oğlu Tunar və 2009-cu il təvəllüdlü qızı Fidan bu il orta məktəbi bitiriblər.

Onlar iyulun 5-i ali məktəblərə qəbul imtahanlarının II cəhdində iştirak etməli imiş. Bu səbəbdən Şərif İsgəndərov ailə üzvlərini yaşadıqları Bərdə rayonundan doğulduğu Ağdamın Xaçındərbənd kəndinə aparıb. Məqsəd isə uşaqların imtahanqabağı istirahətini təşkil etmək, doğma kəndi ziyarət etmək olub.
 

Bu əsnada onlar kənd ərazisində yerləşən Xaçınçay su anbarının kənarına gəliblər və foto çəkdirməyə başlayıblar. Həmin zaman Şərifin 12 yaşlı oğlu büdrəyərək su anbarına yıxılıb. Atası dərhal lilli su hövzəsinə özünü ataraq övladını xilas edib və onu anbardan qaldıraraq anasına ötürə bilib.


Lakin Ş.İsgəndərov yorulduğundan təngnəfəs olub və ətrafı beton örtüklü olan su anbarından çıxa bilməyib. Bunu görən qızı Fidan özünü suya ataraq atasına kömək etməyə çalışıb. Lakin o da istəyinə müvəffəq ola bilməyib. Yaxınlıqda olan Tunar bacısı ilə atasının boğulmaq üzrə olduğunu görərək tez özünü çatdırıb və anbara enib.

Lakin o da dibi lillə örtülü olan su hövzəsindən xilas ola bilməyib. Bildirilir ki, hadisə vaxtı uşaqların anasının səsinə yaxınlıqdakı şəxslər gəlib.

Onlar qadının özünü su anbarına atmasına imkan verməyiblər.

Qeyd edək ki, Şərif İsgəndərov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Onun atası Cəmşəddin İsgəndərov da hüquq-mühafizə orqanlarının əməkdaşı olub və Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Ağdamın müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

End of content

No more pages to load

RADİO