Bu gün gecə saat 02:00 radələrində Zaqatala şəhəri ərazisində “Tofaş” və “BMW” markalı avtomobillər toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə “Tofaş”ın sürücüsü, 41 yaşlı Orxan Orucov xəstəxanada ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü, 30 yaşlı Əhməd Camalov isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media