Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Son vaxtlar bəzi vətəndaşlar mənzil alarkən notariusda gözlənilməz vəziyyətlə qarşılaşırlar. Məlum olur ki, alınan mənzilin üzərində bank ipotekası və ya digər yüklülük var.

Mənzil alarkən onun bank ipotekasında olub-olmadığını necə öyrənmək olar? Mənzilin üzərində sonradan hər hansı borcun qalmadığını necə dəqiqləşdirmək mümkündür? Alıcı belə hallarda nələrə xüsusi diqqət etməlidir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, notariusların hazırda iş yükü kifayət qədər çoxdur:

“Nəzərə alsaq ki, bu il Bakı şəhərində bir neçə notariat ofisi fəaliyyətini dayandırıb, nəticədə digər notariusların üzərinə düşən yük daha da artıb. Bu səbəbdən vətəndaşlar müxtəlif notariat prosedurları zamanı saatlarla gözləməli olduqlarını bildirirlər. Bəzi hallarda isə yalnız prosesin sonunda məlum olur ki, əmlak üzərində məhdudiyyət var”.

Ekspert bildirib ki, adətən vətəndaşlar alqı-satqı prosesində əvvəlcədən “beh” verirlər:

“Bu mərhələdə rialtorların da iştirakı olur. Demək olar ki, əmlak alqı-satqılarının 70-80 faizində onlar vasitəçi kimi çıxış edirlər. Bu baxımdan, ölkədə rialtor fəaliyyətinin hüquqi tənzimlənməsi və bu sahəyə nəzarət mexanizmlərinin yaradılması məqsədəuyğun olardı.

Vaxtilə “Azərbaycan Respublikasında Rialtor peşəsi haqqında” qanun layihəsinin təklif edilməsi də məhz bu zərurətdən irəli gəlirdi. Belə bir tənzimləmə rialtorların sənədləşmə prosesində iştirak etməsinə, həmçinin müqavilə bağlanmazdan əvvəl əmlakın hüquqi vəziyyətini yoxlamasına imkan yarada bilər”.

Ekspertin sözlərinə görə, bunun üçün çıxarış və digər hüquq müəyyənedici sənədlər yoxlanılmalı, əmlak üzərində ipoteka, həbs, qadağa, yaxud digər yüklülüyün olub-olmadığı dəqiqləşdirilməlidir:
 

“Bu məlumatlar rəsmi dövlət reyestrindən əldə oluna bilər. Əgər mənzil bank ipotekasındadırsa, bankın razılığı olmadan alqı-satqının həyata keçirilməsi mümkünsüzdür. Buna görə də alıcı satıcının şifahi məlumatına etibar etməməli, bütün sənədləri rəsmi qaydada yoxlatdırmalıdır. Həmçinin kommunal xidmətlər və mənzillə bağlı digər öhdəliklər üzrə borcların olub-olmaması da əvvəlcədən araşdırılmalıdır.


“Beh” verməzdən əvvəl bütün bu məsələlərin dəqiqləşdirilməsi sonradan yarana biləcək hüquqi və maliyyə risklərinin qarşısını alır. Tərəflər yalnız bütün hüquqi risklər aradan qaldırıldıqdan sonra notariat qaydasında alqı-satqı müqaviləsini bağlamalıdırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

End of content

No more pages to load

RADİO