Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosunun məlumatına görə, hadisə Bakı–Şamaxı avtomobil yolunun rayon ərazisindəki Heydər Əliyev məscidinin yaxınlığında qeydə alınıb.
Belə ki, Zakir Ağayevin idarə etdiyi "Mercedes-Benz" markalı (90-UX-940 dövlət qeydiyyat nişanlı) avtomobil ilə "Toyota Prius" markalı (99-KB-416 dövlət qeydiyyat nişanlı) avtomobil toqquşub.
Nəticədə 61 yaşlı Bakı şəhər sakini Zakir Ağayev hadisə yerində həyatını itirib.
Hadisə zamanı 30 yaşlı Orxan Hacıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Hazırda yol-nəqliyyat hadisəsinin baş vermə səbəbləri araşdırılır.
Bizim.Media, Aran bürosu