Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Ali Məhkəmədə Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürov və liseyin baş mühasibi Elman Əhmədovun barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onlara şərti cəza verilib və hər iki şəxs cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunub.

Qeyd edək ki, Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürov və liseyin baş mühasibi Elman Əhmədov 2024-cü il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.Aparılan istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 min 700 manat pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
 

Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı və polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmişdi.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, Şamil Şükürovun müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və ona 6 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Hökmdən Binəqədi Rayon Məhkəməsinin 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Şamil Şükürova məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 27,234 manat dəyərində 0,10 ha və 3162 manat dəyərində 0,17 ha torpaq sahələrinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması dair müddəa xaric edilib və qeyd edilən əmlak üzərindən həbs götürülüb.

Bildirilib ki, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Şamil Şükürova təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunub və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb.

Eyni zamanda Elman Əhmədovun 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilib və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb.
 

Onlar yenidən həbs ediliblər. Ali Məhkəməsinin qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.


Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Belə ki, Şamil Şükürova Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) və 311.3.3-cü maddələri ilə təyin edilmiş 8 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 8 il müəyyən olunub.

Ona üzərində qəti olaraq 3 il müddətə dövlət orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 3 ay 4 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb və Şamil Şükürov məhkəmə iclas zalından həbsə alınıb.

Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilib.

Bundan başqa, Elman Əhmədovun Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təyin edilmiş 8 il azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş həmin Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunub. Ona üzərində qəti olaraq 3 il dövlət orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 3 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb və Elman Əhmədov məhkəmə iclas zalından həbsə alınıb.

Hökmdən Binəqədi Rayon Məhkəməsinin 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Şamil Şükürova məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 3162 manat dəyərində 0,17 ha torpaq sahəsinin Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması dair müddəa xaric olunub. Qeyd edilən əmlak üzərindən həbs götürülüb və həmin əmlakın mülkiyyətçi Şamil Şükürova qaytarılması barədə qərar qəbul edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

End of content

No more pages to load

RADİO