Bakıda qadın xaricə getmək istəyən ərini həbs etdirdi

Bakıda qadın xaricə getmək istəyən ərini həbs etdirib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Qəsəbə sakini Soltan Məmmədov (soyadı şərtidir) 2011-ci ildə Vüsalə ilə ailə həyatı qurub və onların birgə nikahdan 3 övladı olub.

Soltan bir müddətdən sonra işləmək üçün Albaniyaya gedib və orada işləyib, ailəsinə pul göndərib.
 

Beş aydan sonra Vüsalə ona zəng edərək boşanmaq istədiyini bildirib. Məcburiyyət qarşısında qalan Soltan Azərbaycana qayıdıb və ailənin dağılmasına imkan verməyib. Vüsalə onunla şərt kəsib ki, bir də xarici ölkəyə getsə, məhkəməyə boşanma ərizəsi təqdim edəcək. 


Bir neçə gün öncə Vüsalə bazardan qayıdarkən həyat yoldaşının kiminləsə telefonla danışdığını və Soltanın həmin şəxsə Albaniyaya qayıdacağını dediyini eşidib. Ər-arvad arasında mübahisə başlayıb və Soltan Vüsaləni döyüb.

Vüsalə polisə məlumat verib və əraziyə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə Vüsalə bildirib ki, Soltan xarici ölkəyə getmək fikrindən daşınsa, onu bağışlayacaq. Soltan isə bildirib ki, Vüsalə onu bağışlasa, yenidən Albaniyaya qazanc dalınca gedəcək.

Qadın buna görə də ərini bağışlamayıb və onun həbs edilməsini istəyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə S.Məmmədov 3 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Qara limonad yay mövsümünün yeni trendinə çevrilir:Onun sirri nədədir?

Qara limonad yay mövsümünün yeni trendinə çevrilir:Onun sirri nədədir?

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qəzadan sonra yenidən yeriməyi öyrənirəm”– Video

“Qəzadan sonra yenidən yeriməyi öyrənirəm”– Video

Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodu vuruldu – VİDEO

Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodu vuruldu – VİDEO

Üzüm bağlarında təhlükəli XƏSTƏLİK - Hektarlarla sahə RİSK altındadır

Üzüm bağlarında təhlükəli XƏSTƏLİK - Hektarlarla sahə RİSK altındadır

Fatimə ilə birlikdə xəsarət alan tələbə də həyatını itirdi - FOTO

Fatimə ilə birlikdə xəsarət alan tələbə də həyatını itirdi - FOTO

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

SON DƏQİQƏ! Azərbaycan Rusiyaya nota verdi

SON DƏQİQƏ! Azərbaycan Rusiyaya nota verdi

Sabiq rəis cərimələnsə də- İşçisi həbs olundu

Sabiq rəis cərimələnsə də- İşçisi həbs olundu

Telman Salahov vəfat etdi

Telman Salahov vəfat etdi

Ukrayna ilk dəfə Rusiyanın Omsk vilayətinə dronla hücum etdi – VİDEO

Ukrayna ilk dəfə Rusiyanın Omsk vilayətinə dronla hücum etdi – VİDEO

"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO

"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO

Dövlət qurumunun əməkdaşı 32 yaşında VƏFAT ETDİ – FOTO

Dövlət qurumunun əməkdaşı 32 yaşında VƏFAT ETDİ – FOTO

Faciə cinsiyyət tanımır, amma statistika başqadır - Niyə suda boğulanların əksəriyyəti kişilərdir?

Faciə cinsiyyət tanımır, amma statistika başqadır - Niyə suda boğulanların əksəriyyəti kişilərdir?

Ağacların kəsilməsi ilə bağlı qanuna dəyişiklik TƏSDİQLƏNDİ

Ağacların kəsilməsi ilə bağlı qanuna dəyişiklik TƏSDİQLƏNDİ

16 yaşlı qız yanacaqdoldurma məntəqəsini yandırdı – ANBAAN VİDEO

16 yaşlı qız yanacaqdoldurma məntəqəsini yandırdı – ANBAAN VİDEO

Tanınmış idmançılara HÖKM OXUNDU - FOTO

Tanınmış idmançılara HÖKM OXUNDU - FOTO

Şirvanda 34 minlik naqil oğurlandı: Saxlanılanlar var – FOTO

Şirvanda 34 minlik naqil oğurlandı: Saxlanılanlar var – FOTO

5 il işləyəni 3 aylıq müqaviləyə keçirdilər - Ali Məhkəmə qərarı ləğv etdi

5 il işləyəni 3 aylıq müqaviləyə keçirdilər - Ali Məhkəmə qərarı ləğv etdi

Ermənistanın Pakistanda ilk səfiri TƏYİN EDİLDİ

Ermənistanın Pakistanda ilk səfiri TƏYİN EDİLDİ

Altı yaşlı autizmli uşağı su kanalına atdılar – ANBAAN VİDEO

Altı yaşlı autizmli uşağı su kanalına atdılar – ANBAAN VİDEO

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş prosesi BAŞLADI

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş prosesi BAŞLADI

XƏBƏRDARLIQ! Rayonlarda dolu düşəcək, sel keçəcək – BU TARİXƏDƏK

XƏBƏRDARLIQ! Rayonlarda dolu düşəcək, sel keçəcək – BU TARİXƏDƏK

End of content

No more pages to load

RADİO