Ukrayna ilk dəfə Rusiyanın Omsk vilayətinə dronla hücumu edib.
Bizim.Media xəbər verir ki, bu barədə regionun qubernatoru Vitali Xotsenko "Max" hesabında məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Omsk vilayəti üzərində ilk dəfə düşmən PUA-larını vurub” – deyə o qeyd edib.
Məlumata görə, Omsk hava limanında ilk dəfə olaraq uçuş məhdudiyyətləri tətbiq edilib və şəhərin özündə "dron təhlükəsi" ilə bağlı xəbərdarlıq elan olunub.
Hazırda hücumun nəticələri araşdırılır.

Bizim.Media