Ukraynanın Xarkov şəhərində baş verən raket hücumu nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynova həyatını itirmişdi.
Bizim.Media xəbər verir ki, həmin insident zamanı onunla birlikdə xəsarət alan tələbə yoldaşı, nigeriyalı Nani Adaobi Merian da müalicə aldığı xəstəxanada həyatını itirib.
Xatırladaq ki, Fatimə Hüseynova Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.
O, Rusiyanın Xarkova endirdiyi raket zərbəsi nəticəsində həlak olub və nəşi Kürdəmirin Ərəbqubalı kəndində dəfn olunub. (Modern.az)

Bizim.Media