5 il işləyəni 3 aylıq müqaviləyə keçirdilər - Ali Məhkəmə qərarı ləğv etdi

Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyası müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunma və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi ilə bağlı iş üzrə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, işin hallarına görə, mübahisə qurumda müddətsiz əmək müqaviləsi əsasında 5 ildən artıq müddət ərzində çalışmış şəxsin əmək münasibətlərinə xitam verilməsi ilə bağlı yaranıb.

İşçi ilə sonradan 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanıb və müddətin bitməsi əsas götürülərək əmək münasibətlərinə xitam verilib. İddiaçı həmin əmrin qanunsuz hesab edilməsini, işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsini və digər tələblərin təmin olunmasını xahiş edərək məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı təmin edib.

Ali Məhkəmə qərarında əmək münasibətlərinin hüquqi tənzimlənməsinə dair yanaşmanı geniş şərh edərək bildirib ki, əmək qanunvericiliyi işin xarakterindən asılı olaraq əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmasını dəqiq müəyyən edir.
 

Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduqda, bu münasibətlər müddətsiz əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Müddətli əmək müqaviləsi isə yalnız qanunda birbaşa nəzərdə tutulmuş istisna hallarda tətbiq oluna bilər.


Ali Məhkəmə xüsusilə vurğulayıb ki, iş materiallarına əsasən sözügedən mübahisəli vəzifə üzrə əmək funksiyası daimi xarakter daşıyır və bu hal tərəflər arasında mübahisə doğurmur. Belə olan halda, müddətli əmək müqaviləsinin seçilməsi hüquqi əsasla izah olunmalı, obyektiv zərurət və ya qanuni istisna halları ilə əsaslandırılmalıdır. Əks halda, bu cür müqavilə modeli əmək hüququnun mahiyyətinə zidd nəticələr yarada bilər.

Məhkəmə həmçinin “qarşılıqlı razılıq” anlayışına aydınlıq gətirərək qeyd edib ki, bu institut yalnız tərəflərin real hüquq bərabərliyi şəraitində sərbəst iradə ifadəsi əsasında mümkündür.

İşəgötürənin üstün mövqedə olduğu əmək münasibətlərində formal razılıq əmək müqaviləsinin mahiyyətini dəyişdirən əsas kimi qəbul edilə bilməz.

Uzunmüddətli əmək münasibətlərindən sonra işçinin qısamüddətli müqaviləyə keçməsi və bunun ağlabatan səbəblərlə izah olunmaması belə razılaşmanın könüllülüyü ilə bağlı şübhələr yaradır.
 

Ali Məhkəmə əlavə olaraq qeyd edib ki, əmək hüququ yalnız müqavilə münasibətlərinin tənzimlənməsi deyil, həm də işçinin konstitusion hüquqlarının qorunmasına xidmət edən hüquq sahəsidir. Bu baxımdan əmək münasibətlərində tərəflərin bərabərliyi, ədalət və qanunun aliliyi prinsipləri əsas götürülməlidir.


Nəticədə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib və apellyasiya instansiyası məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

End of content

No more pages to load

RADİO