Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşı Xanbala Əhmədli vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun sosial media hesabında məlumat paylaşılıb.
O, 32 yaşında dünyasını dəyişib. Mərhum 17 ay idi ki xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Qeyd edək ki, Xanbala Əhmədli qurumun Monitorinq şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışırdı.

Bizim.Media