Faciə cinsiyyət tanımır, amma statistika başqadır - Niyə suda boğulanların əksəriyyəti kişilərdir?

Hər yay eyni xəbərlərə üzülürük, dənizdə və digər su hövzələrində neçə-neçə insan boğulur... Suda boğulma xəbərlərinin ortaq cəhəti təkcə faciəvi olmasında deyil, qurbanların böyük əksəriyyətinin kişilər olmasındadır.

Rəsmi qurumlar son illər üçün ümumi statistika açıqlamırlar, Fövqəladə Hallar Nazirliyi bunu onunla izah edir ki, qurum yalnız nəzarətdə olan çimərliklərə cavabdehdir, digər sudaboğulmalar müraciət edənlərin statistikasına söykənir.

TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə isə 2025-ci ilin 3 ayı (iyun, iyul və avqust ayları) ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 79 müraciət (11-i qadın, 68-i kişi cinsli olmaqla) daxil olub. 26 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Ümumilikdə son illərin boğulma hadisələrini bir araya gətirəndə alınan ümumi nisbət belədir: kişilər – 75-80%, qadınlar – 15-20%.

Bu günlərdə Kür çayında bir müəllimənin, Ağdamda isə atasının xilas etməyə çalışdığı, amma bərabər boğulduqları gənc qızın batması əslində qadın ölümünün məhz ehtiyatsızlıq səbəbindən baş verdiyini göstərir. Bu, hər halda qəzavü-qədər ola bilməz, heç adi təsadüf sanmaq da doğru olmaz. Bunun arxasında daha çox cəmiyyətin formalaşdırdığı davranışlar dayanır. Görünən odur ki, mentalitet və sosial normalar bu məsələdə qadınların işinə yarayıb.

Əvvəla milli kişi təfəkküründə “cahil cəsarəti” faktoru var:

“Kişiyəm, mənə heç nə olmaz”, yaxud bir-birini təhrik etmələr: “Kişisən küləkli havada dənizin ortasına qədər üz”, kimi güc göstərisi bəzən bir anın içində faciəyə çevrilir. Qadınlar isə adətən belə riskli davranışlar sərgiləmirlər, üstəlik zəif, gücsüz görünmək kimi kompleksləri də olmur.
 

Bundan başqa kişilər balıqçılıq və qayıqla gəzinti kimi riskli fəaliyyətlərdə həvəslə iştirak edirlər. Yeniyetmə oğlanlar isə dərinliyi bilinməyən suya tullanmaqla yarışıb, istirahəti fəlakətə çevirə bilirlər. Həmçinin, spirtli içki qəbulundan sonra suya girmək kişilərdə daha yüksək paya malikdir.


Azərbaycanda qadınlar alkoqol məsələsində xeyli geridədirlər, balıqçılıqla isə heç işləri olmaz. Ailələrin qadınların tək və ya təhlükəli yerlərdə üzməsinə icazə verməməsi bəzi hallarda onların riskli vəziyyətlərlə üzləşməsinin qarşısını alır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

Azərbaycanın voleybol millisi Türkiyəyə uduzdu

Azərbaycanın voleybol millisi Türkiyəyə uduzdu

Kanadada sirli hadisə: Meşə ada qəfildən peyda oldu, sonra yoxa çıxdı - VİDEO

Kanadada sirli hadisə: Meşə ada qəfildən peyda oldu, sonra yoxa çıxdı - VİDEO

İrandan Xəzəri üzərək Azərbaycana keçdi, həbs edildi

İrandan Xəzəri üzərək Azərbaycana keçdi, həbs edildi

Roza prezidentlərin qarşısında çıxış etdi – VİDEO

Roza prezidentlərin qarşısında çıxış etdi – VİDEO

End of content

No more pages to load

RADİO