Ərazilərimizin Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan olundu - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 11-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
 

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.


Elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədəd raket atılması faktı ilə bağlı olub.

Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində bir neçə nəfərin xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərinin atəşə tutulması faktları ilə bağlı olub.

İstintaqla müəyyən edilib ki, Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat 17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonunun Qışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclü atəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlar olub.
 

Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də elan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-də Ermənistandan müxtəlifkalibrli silahlarla Babək rayonunun Gərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, Naxçıvan Vilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Zeynalov Vəli Məmməd oğlu avtomat silahla qətlə yetirilib.


Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də Bərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpü kəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanın avtomat silahlardan atəşə tutulması nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan isə yaralanıb.

Elan olunan digər sənədlər 1990-cı ilin mart ayında Sədərəyə hücum edilməsi, Şuşada Ağalarov Əşrəf Salman oğlunun girov götürülməsi, aprelin 25-də Babək rayonu Gərməçataq kəndini düşmənin odlu silahdan atəşə tutması, nəticədə müxtəlif şəxslərin xəsarət alması, iyunun 13-də Əsgəran rayonunun Badara kəndində avtomobil karvanının atəşə tutulması, nəticədə yaralananların olması faktları ilə bağlı olub.

Gədəbəy rayonunun Göyəlli kəndinə silahlı hücum edilməsi nəticəsində isə Nuriyev İsmayıl Mustafa oğlu, Nağıyev Mədəd Şəmil oğlu və Orucov İbrahim Şəmil oğlu öldürülüb, İsmayılov İlham Tahir oğlu döyüldükdən sonra girov götürülərək Ermənistana aparılıb. O, girovluqda 21 gün saxlanılıb.

Bundan başqa, Əzizov Dönməz Soltan oğlunun, Çobanov Şamo Məhəddin oğlunun, Əsgərova Səhər Müslüm qızının, Əliyev İlham Müzəffər oğlunun öldürülmələri, Əliyev Eldar Şahmar oğlunun girov götürülməsi, Talışov Razi Mehdi oğlunun yaralanması faktları üzrə sənədlər elan edilib.

1990-cı il avqustun 17-də Mehtiyev Fazil Əli oğlunun öldürülməsi zamanı daha iki nəfər - Həsənov Viktor Əli oğlu və Eminov Kəmaləddin Mustafa oğlu yaralanıb.

Sənədlərə əsasən, yaralanmış şəxslər ifadələrində onlara atəş açan şəxslərin üç nəfər üzü saqqallı hərbçi olduğunu, bir-biriləri ilə erməni dilində danışdıqlarını deyiblər.

Elan olunan növbəti sənədlər Mustafayev Faqət Mirzalı oğlunun, Məmmədov Məmməd Əli oğlunun, Quliyev Yunis Əli oğlunun, Qarayev Ülfət Mansır oğlunun, Nağıyev Tanrıverdi Abdulla oğlunun, Poladov Hümbət Allahverdi oğlunun, Namazov Elçin Yolçu oğlunun, Əliyev Etibar Cəbrayıl oğlunun və Rəhimov Gündüz Səməd oğlunun xəsarət almaları ilə bağlı olub.

Növbəti sənəddə “QAZ-52” markalı avtomobilə silahlı hücum edilməsi faktından bəhs edilib. Laçında baş vermiş hadisə zamanı yerli sakinlər - Elman və Xanoğlan Süleymanov qardaşları qətlə yetirilib, onların qardaşı Elxan Süleymanov isə yaralanıb.

Digər sənədlər 1990-cı il sentyabrın 15-də Xankəndi şəhərində televiziya və radio verilişləri yayımı binasında partlayış törədilməsi, oktyabrın 14-də Xankəndi dəmiryol stansiyasında sərnişin vaqonunun partladılması, sentyabrın 11-də Xocavənd rayonunun Xocavənd kəndinin atəşə tutulması, Ağdam-Füzuli avtomobil yolunun 57-ci kilometrliyində körpünün partladılması, Kərcivan-Astazur-Naxçıvan stansiyalarının dağıdılması, Əliyev Möhbalı Niyaz oğlunun, Məmmədov Rasim Xasay oğlunun, Məmmədov Adil Həmzə oğlunun, Cavadov Əhməd Əliş oğlunun, Hacıyev İmamverdi Həsən oğlunun öldürülməsi, Məmmədov Şakir İngilis oğlunun girov götürülməsi faktları ilə bağlı olub.
 

Elan olunan növbəti sənəd isə 1990-cı il noyabrın 30-da Xankəndi şəhəri yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinin Xocalı hava limanında növbəyə çıxmaq üçün avtobusla gedərkən keçdikləri körpünün partladılması və avtobusun atəşə tutulması ilə bağlı olub.


Hadisə zamanı kiçik çavuş Rafiq Yunusov yaralanıb. Sənədlərə əsasən, təqsirləndirilən şəxs Babayan Samvel Andronikoviç ifadələrində avtobusun keçdiyi yolun “Qaqo” ləqəbli erməninin dəstəsinin partlatdığını bildirib.

Həmin gün Xanlar (indiki Göygöl) rayon daxili işlər şöbəsinin əməkdaşlarının həyatına sui-qəsd edilməsi hadisəsi də baş verib. Bildirilib ki, hadisə zamanı xidməti vəzifələrini icra edən bir neçə nəfər sahə inspektoru hadisə yerində ölüb, bir neçə nəfərə ağır bədən xəsarəti yetirilib, 1 nəfər itkin düşüb.

Elan olunan növbəti sənəd oktyabrın 22-də Əsgəran rayonunda “UAZ” markalı avtomobilin sürücüsü Quliyev Elxan Sevindik oğlu, sərnişinlər Hacıyeva Qələmzər Ələkbər qızı və onun 12 yaşlı övladı - Hacıyev Elşən İbrahim oğlunun girov götürülməsi faktı ilə bağlı olub.

Əsgərova Salatın Əziz qızının və digərlərinin öldürülmələri faktı üzrə sənədlər də elan edilib.

Bildirilib ki, 1991-ci il yanvarın 9-da “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Əsgərova Salatın Əziz qızı və sovet ordusunun hərbi qulluqçuları - polkovnik-leytenant Larionov Oleq Mixailoviç, Laçın rayon hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Mixailoviç və serjant Qoyek İvan İvanoviç “UAZ-469” markalı, 30-14НБ dövlət qeydiyyat nişanlı avtomobillə (avtomobili İvan Qoyek idarə edib) Yevlax-Laçın avtomobil yolunun 141-ci kilometrliyində yerləşən körpünün üzərindən keçərkən avtomobil ermənilər tərəfindən atəşə tutulub. Hadisə zamanı adları çəkilən şəxslərin hamısı qəsdən öldürülüb.

Məhkəmə prosesi sentyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.










































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Qara limonad yay mövsümünün yeni trendinə çevrilir:Onun sirri nədədir?

Qara limonad yay mövsümünün yeni trendinə çevrilir:Onun sirri nədədir?

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qəzadan sonra yenidən yeriməyi öyrənirəm”– Video

“Qəzadan sonra yenidən yeriməyi öyrənirəm”– Video

Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodu vuruldu – VİDEO

Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodu vuruldu – VİDEO

Üzüm bağlarında təhlükəli XƏSTƏLİK - Hektarlarla sahə RİSK altındadır

Üzüm bağlarında təhlükəli XƏSTƏLİK - Hektarlarla sahə RİSK altındadır

Fatimə ilə birlikdə xəsarət alan tələbə də həyatını itirdi - FOTO

Fatimə ilə birlikdə xəsarət alan tələbə də həyatını itirdi - FOTO

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

SON DƏQİQƏ! Azərbaycan Rusiyaya nota verdi

SON DƏQİQƏ! Azərbaycan Rusiyaya nota verdi

Sabiq rəis cərimələnsə də- İşçisi həbs olundu

Sabiq rəis cərimələnsə də- İşçisi həbs olundu

Telman Salahov vəfat etdi

Telman Salahov vəfat etdi

Ukrayna ilk dəfə Rusiyanın Omsk vilayətinə dronla hücum etdi – VİDEO

Ukrayna ilk dəfə Rusiyanın Omsk vilayətinə dronla hücum etdi – VİDEO

"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO

"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO

Dövlət qurumunun əməkdaşı 32 yaşında VƏFAT ETDİ – FOTO

Dövlət qurumunun əməkdaşı 32 yaşında VƏFAT ETDİ – FOTO

Faciə cinsiyyət tanımır, amma statistika başqadır - Niyə suda boğulanların əksəriyyəti kişilərdir?

Faciə cinsiyyət tanımır, amma statistika başqadır - Niyə suda boğulanların əksəriyyəti kişilərdir?

Ağacların kəsilməsi ilə bağlı qanuna dəyişiklik TƏSDİQLƏNDİ

Ağacların kəsilməsi ilə bağlı qanuna dəyişiklik TƏSDİQLƏNDİ

16 yaşlı qız yanacaqdoldurma məntəqəsini yandırdı – ANBAAN VİDEO

16 yaşlı qız yanacaqdoldurma məntəqəsini yandırdı – ANBAAN VİDEO

Tanınmış idmançılara HÖKM OXUNDU - FOTO

Tanınmış idmançılara HÖKM OXUNDU - FOTO

Şirvanda 34 minlik naqil oğurlandı: Saxlanılanlar var – FOTO

Şirvanda 34 minlik naqil oğurlandı: Saxlanılanlar var – FOTO

5 il işləyəni 3 aylıq müqaviləyə keçirdilər - Ali Məhkəmə qərarı ləğv etdi

5 il işləyəni 3 aylıq müqaviləyə keçirdilər - Ali Məhkəmə qərarı ləğv etdi

Ermənistanın Pakistanda ilk səfiri TƏYİN EDİLDİ

Ermənistanın Pakistanda ilk səfiri TƏYİN EDİLDİ

Altı yaşlı autizmli uşağı su kanalına atdılar – ANBAAN VİDEO

Altı yaşlı autizmli uşağı su kanalına atdılar – ANBAAN VİDEO

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş prosesi BAŞLADI

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş prosesi BAŞLADI

XƏBƏRDARLIQ! Rayonlarda dolu düşəcək, sel keçəcək – BU TARİXƏDƏK

XƏBƏRDARLIQ! Rayonlarda dolu düşəcək, sel keçəcək – BU TARİXƏDƏK

End of content

No more pages to load

RADİO