Azərbaycanda toylar başlayır - Necə keçiriləcək? 

Bu gündən Azərbaycan ərazisində şənlik mərasimlərinin, o cümlədən toyların keçirilməsinə icazə verilir. 

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. 

Mərasimlər müəyyən şərtlər nəzərə alınmaqla keçirilməlidir. 

50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir. 

Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir).

Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. 

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az ) daxil edilməldir. Portal 2021-ci il 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktivləşdirilib. 

Tədbirin keçirilməsinə ən azı 5 gün qalmış tədbirin tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır. 

Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır.

Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaq. 

Qərara əsasən, 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur. 

150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi isə növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir. 

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaq. 

Qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11 000 manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

İranda təqaüdçülər etiraza qalxdılar

İranda təqaüdçülər etiraza qalxdılar

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Binə qəsəbəsində yanğın oldu

Binə qəsəbəsində yanğın oldu

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəldi

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəldi

İsrail Xarici İşlər Nazirliyi: "Qalibaf yalan danışır"

İsrail Xarici İşlər Nazirliyi: "Qalibaf yalan danışır"

Ermənistanda seçkilərin rəsmi nəticələri açıqlandı: Səslərin yenidən sayılması başa çatdı

Ermənistanda seçkilərin rəsmi nəticələri açıqlandı: Səslərin yenidən sayılması başa çatdı

İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

End of content

No more pages to load

RADİO