Bakıdakı Mərkəzi Park ərazisində ekstremal velosiped idmanı ilə məşğul olan bəzi şəxslərin davranışı ziyarətçilər üçün təhlükə yaradır.
Bizim.Media xəbər verir ki, parkda istirahət edən bəzi vətəndaşlar, xüsusilə, uşaqlı ailələr ekstremal velosiped sürənlərin yaratdığı risklərdən narahat olduqlarını bildirirlər.
Onların sözlərinə görə, yüksək sürətlə və təhlükəsizlik qaydalarına əməl edilmədən edilən hərəkətlər həm idmançılar, həm də ətrafdakı insanlar üçün xəsarət riski yaradır.
Müşahidələr zamanı bu idman növü ilə məşğul olan bəzi şəxslərin qoruyucu vasitələrdən, o cümlədən dəbilqədən istifadə etmədiyi də diqqət çəkib. (Oxu.az)
Bizim.Media