Lənkəranda qadını cərəyan vurub.
Bizim.Media-nın məlumata görə, Zərifə Əliyeva küçəsində yerləşən binalardan birinin həyətindəki 1600 kv-lıq yarımstansiyanın içərisinə daxil olan 1966-cı il təvəllüdlü Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub. Qadın hadisə yerində keçinib.
K.Quliyevanın xadimə kimi fəaliyyət göstərdiyi, DOST Mərkəzinin vasitəsilə sosial işçi olaraq çalışdığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media