Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, Şəki rayonunun Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib.
Daha sonra hadisəni törədən V. Lütfəliyevin özünün meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media