Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Əmək bazarında tələbatın az olduğu ixtisaslar üzrə plan yerlərinin mərhələli şəkildə azaldılacağı barədə xəbərlər yayılır. Bu kontekstdə pedaqoji ixtisasların azaldılması məsələsi də gündəmə gəlir. Elm və təhsil naziri Emin Əmrullayev keçən il Milli Məclisdə çıxışı zamanı bəzi universitetlərə tələbə qəbulu sayının azaldılmasının təhsildə keyfiyyətin artırılması niyyəti ilə əlaqələndirib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, növbəti tədris ilindən etibarən 9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində fiziki tərbiyə istiqaməti üzrə kadr hazırlığı aparılmayacaq. Media pedaqoji ixtisasların azaldılacağı barədə xəbərləri "Müəllimlərə bəd xəbər" başlığı ilə yayır.

Bizim.Media  mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Neçə müəllim yox, necə müəllim…

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) rəhbəri Pərvinə Qədimova hesab edir ki, bu məsələyə emosional deyil, strateji yanaşmaq lazımdır:

"Əslində burada məqsəd müəllim sayını azaltmaq deyil, müəllim hazırlığında keyfiyyəti artırmaqdır. Əmək bazarının tələbinə uyğun olmayan, zəif akademik göstəricilərlə müəllim hazırlayan, maddi-texniki bazası və akademik potensialı kifayət etməyən proqramların yenidən nəzərdən keçirilməsi zəruridir". AGMA sədri bildirir ki, uzun illər ərzində bəzi ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul daha çox say üzərindən qurulub və nəticədə əmək bazarının ehtiyacından artıq məzun hazırlanıb: "Bu gün əsas məsələ neçə müəllim yetişdirmək deyil, necə müəllim yetişdirməkdir. Müasir məktəb artıq yalnız dərs deyən müəllim yox, analitik düşünən, rəqəmsal bacarıqlara sahib, psixoloji yanaşmanı bilən və şagirdi həyata hazırlayan müəllim tələb edir".

AGMA rəhbərinin fikrincə, digər mühüm məsələ ixtisaslaşmadır:

"Dünyanın qabaqcıl təhsil sistemlərində müəllim hazırlığı daha çox ixtisaslaşmış universitetlər və güclü pedaqoji mərkəzlər üzərindən həyata keçirilir. Bu baxımdan, bizdə də müəyyən ixtisasların və ya proqramların birləşdirilməsi, bəzilərinin isə mərhələli şəkildə azaldılması gələcək üçün faydalı ola bilər".

"Qəbul planının birdən-birə azaldılması uğurlu addım olmayacaq"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baş müəllimi Xalidə Həmidovanın fikrincə, universitetlərin çoxunun tələbə qəbul potensialı heç də hazırkı qəbul planına uyğun deyil:

"Bunun üçün həmin universitetlərin sovet dövründə tikilmiş binalarının yenilənməsi, yataqxanalarının təmir edilməsi, elektron bazalarının hazırlanması, yeni resursların alınması lazımdır. Universitetlər daxili büdcə hesabına maliyyələşən qurumlardır. Tələbə sayının azaldılması onların maddi vəziyyətini də sual altında qoyacaq".

X.Həmidova hesab edir ki, pedaqoji kadrların azaldılması həm də rəqabət mühitinin azalmasına gətirib çıxaracaq:

"Qəbul planının azaldılması tələbə sayının azalması deməkdir. Bu da öz növbəsində universitetlərdə təhsil haqlarının artırılmasına gətirib çıxara bilər. Son illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllimlik ixtisasları üzrə qəbul planlarını 100 faiz doldurur. Bu o deməkdir ki, ehtiyac var. Bu baxımdan düşünürəm ki, qəbul planının birdən-birə azaldılması uğurlu addım olmayacaq. Yaxşı olar ki, qərar qəbul etməzdən öncə daha çox araşdırma aparılsın".

Kəmiyyətdən keyfiyyətə keçid strategiyasının tərkib hissəsi

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov pedaqoji ixtisasların azaldılmasına ölkənin təhsil siyasətində kəmiyyətdən keyfiyyətə keçid strategiyasının tərkib hissəsi kimi baxır:

"Bu, təklif və tələb arasındakı disbalansdan irəli gəlir. Hər il ali və orta ixtisas müəssisələrinə ayrılan 60 min plan yerindən 25 mini müəllimlik ixtisası üzrə olur. İllik vakant müəllim yerlərinin sayı isə maksimum 8-10 min civarında olur. Bu, hər il minlərlə məzunun işsiz qalmasına səbəb olur. Həmçinin universitetlərin daha çox tələbə qəbul edərək pul qazanmaq cəhdləri kadr hazırlama keyfiyyətini kölgədə qoyur.

Universitetlərin bu yanaşması kökündən yanlışdır. Ali məktəblər pulu yalnız tələbənin ödəyəcəyi təhsil haqqı ilə qazanmamalıdırlar. Bu mənada qəbul planının azaldılması hər bir tələbəyə düşən xərcin və diqqətin artmasına, nəticədə daha peşəkar kadrların hazırlanmasına xidmət edəcək".

Ekspert bildirir ki, xüsusən region universitetlərində və kolleclərdə aşağı balla müəllim ixtisasına qəbul təhsilin təməlinin zəifləməsinə gətirib çıxarır. Kollec məzunları MİQ imtahanlarında da uğursuz nəticə göstərirlər. İ.Orucov demoqrafik dəyişikliklərin də müəllimə tələbatı azaltdığını düşünür.

Onun sözlərinə görə, ölkədə doğum səviyyəsi ilbəil aşağı düşür. Paralel olaraq birinci siniflərə qəbul statistikasında da azalma var:

"Hesab edirəm ki, bu mənada pedaqoji ixtisasların azaldılması doğru addımdır". Ekspert bildirir ki, müəllim hazırlığının mərkəzləşdirilməsi də çox önəmlidir: "Pedaqoji kadr hazırlığı əsasən bu sahədə ixtisaslaşmış dövlət universitetlərində saxlanılmalıdır. Məqsəd kəmiyyət deyil, hazırlıqlı mütəxəssis yetişdirmək olmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

End of content

No more pages to load

RADİO