“Sülhməramlıların yanından silahla keçdik” - Erməni terrorçu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Petrosyan dindirilib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıqdan sonra ona və digərlərinə heç bir təzyiq göstərilməyib:

“Saxlanılan zaman bizə insani münasibət göstərildi. Onlar su və siqaret verdilər. Silah-sursatlarımızı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına təhvil verdik”.

Daha sonra məhkəmədə digər təqsirləndirilən Q.Qasparyan ifadə verib. O, dindirilən zaman deyib ki, ötən ilin noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlığa çağırılıb:

“Laçına getdik, sonra Hadrut istiqamətində dağda məskunlaşdıq. Biz dağdan aşağı enəndə Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq, silahlarımızı da onlara təhvil verərk təslim olduq".

Prokurorun suallarını cavablandıran Q.Qasparyan söyləyib ki, Laçın istiqamətində Rusiya sülhməramlılarının yanından silahları ilə birlikdə keçiblər.

Məhkəmədə onun istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqda dindirilən zaman deyib ki, məqsədləri olduqları ərazilərə Azərbaycan tərəfindən kimsə gəlsə, onlara silahlı müqavimət göstərmək idi.

Daha sonra prosesdə A.Minasyan, K.Sefilyan, A.Baqasyan və S.Yenqoyan da dindirilib. Onlar da digər təqsirləndirilən şəxslər kimi eyniməzmunlu ifadə veriblər.

Təqsirləndirilən şəxslərin hər birinin istintaqa verdikləri ifadə ilə məhkəmədəki ifadələr arasında ziddiyət yaranıb. Onların istintaqa verdikləri ifadələr elan olunub. Həmin şəxslər istintaqda bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbiçələri onların olduğu əraziyə yaxınlaşacaqları təqdirdə silahlı müqavimət göstərmək əmri alıblar.

Hakim bildirib ki, cinayət işi üzrə 2 nəfər şahid var: “Onlar da növbəti məhkəmə iclasına dəvət olunaraq dindiriləcək".

Məhkəmənin növbəti prosesi iyulun 2-nə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

30 kq-ya yaxın narkotiki paytaxtda dövriyyəyə buraxmaq istəyirdi - Həbs edildi - VİDEO

30 kq-ya yaxın narkotiki paytaxtda dövriyyəyə buraxmaq istəyirdi - Həbs edildi - VİDEO

Ermənistanda gərginlik pik həddə: 3 müxalif qüvvə xalqı MSK qarşısına çağırdı

Ermənistanda gərginlik pik həddə: 3 müxalif qüvvə xalqı MSK qarşısına çağırdı

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Britaniya ordusu Rusiyanın neft tankerini Manş boğazında saxladı

Britaniya ordusu Rusiyanın neft tankerini Manş boğazında saxladı

Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir

Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir

ABŞ-da "doğuş turizmi" ilə mübarizə kəskinləşir: Vizalar ləğv edilir - VİDEO

ABŞ-da "doğuş turizmi" ilə mübarizə kəskinləşir: Vizalar ləğv edilir - VİDEO

ABŞ-da şotlandiyalı polis dünya çempionatı öncəsi futbol məharətini nümayiş etdirdi - VİDEO

ABŞ-da şotlandiyalı polis dünya çempionatı öncəsi futbol məharətini nümayiş etdirdi - VİDEO

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR

Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR

Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi

Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

Moskva küçələri suyun altında qaldı: Güclü leysan paytaxtı iflic etdi – VİDEO

Moskva küçələri suyun altında qaldı: Güclü leysan paytaxtı iflic etdi – VİDEO

SABAHIN HAVASI: Şimşək çaxacaq, yağış yağacaq

SABAHIN HAVASI: Şimşək çaxacaq, yağış yağacaq

İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

Ukrayna XİN ABŞ Milli Kəşfiyyatının biolaboratoriya hesabatını təkzib etdi

Ukrayna XİN ABŞ Milli Kəşfiyyatının biolaboratoriya hesabatını təkzib etdi

İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı

Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı

Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

End of content

No more pages to load

RADİO