Onlar ali məktəbə imtahansız qəbul oldular

Hər il ölkəmizdə gənclər beynəlxalq fənn olimpiadalarında iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirir, uğurları ilə həm fərdi, həm də ölkəmiz üçün qürurverici nəticələr əldə edirlər.

Bu il ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ qazanan gənclər arasında Nəzrin Həsənova və Yunis İsayev də var.

Bizim.Media xəbər verir ki, beynəlxalq səviyyəli olimpiadanın qalibi olan bu gənclər “Azərbaycan müəllimi” ilə öz təəssüratlarını bölüşüb, beynəlxalq yarış təcrübəsi və gələcək planları haqqında danışıblar.

Nəzrin Həsənova bu il Kimya-biologiya təmayüllü Respublika liseyini bitirib.

O, müsabiqədənkənar qəbul vasitəsilə Xəzər Universitetinin “Kimya mühəndisliyi” ixtisasını seçib. Nəzrin deyir ki, tətbiqi kimyaya marağı məktəb dövründə iştirak etdiyi olimpiadalarla başlayıb:

“Kimya elmi ilə yaxından məşğul olduqca bu elmin digər sahələrlə inteqrasiyası və tətbiq olunduğu sahələrin çoxluğu məni cəlb etdi. Olimpiadalara 8-ci sinifdən hazırlaşmağa başladım.

Həmin dövrdə liseyin olimpiada sinfində təhsil alırdım. Əvvəl biologiya fənnindən olimpiadalara hazırlaşsam da, sonradan kimya müəllimim Elnur Nəbiyevin yaratdığı həvəs məni hazırlıqlarımı bu fənn üzrə davam etməyə təşviq etdi. Həm olimpiada sinfində oxumağım, həm də dərslərin düzgün təşkili həmin il Respublika fənn olimpiadalarında medal qazanmağıma kömək etdi.

Düşünürəm ki, elm olimpiadalarını idman yarışlarından fərqləndirən və daha çətin edən məqam odur ki, idman yarışlarında qalib olmaq üçün həm fiziki, həm də mənəvi güc tələb olunur. Elm olimpiadalarında isə fiziki yükün əvəzinə bütün yükü beyin daşıyır”.

Nəzrin vurğulayıb ki, gün ərzində imtahanlardan asılı olaraq 3–4, bəzən isə 6–7 saat çalışıb.

Çətinliklərlə üzləşəndə o, əsas hədəflərini xatırlayaraq intizamı qorumağa çalışıb. Bildirib ki, ailəsi və müəllimləri bu prosesdə ona çox dəstək olublar. O, beynəlxalq səviyyədə yarışmağın tamamilə fərqli bir təcrübə olduğunu deyir:

“İştirakçı ölkələr həmin yarışlar üçün ən yaxşı şagirdlərini seçir və siz orada digər ölkələri təmsil edən şagirdlərin səviyyəsini bilmədən yarışırsınız. Buna görə də öz potensialınızın ən yaxşısını göstərməyə çalışırsınız. Ölkəni milli komandada təmsil etmək və səhnədə bayrağımızı dalğalandırmaq unudulmaz və qürurverici hissdir.

Bu yarışların əsas məqsədlərindən biri də dünyanın hər yerindən olan şagirdləri bir araya gətirib onların əlaqə yaratmasına, gələcəkdə elm sahəsində töhfə verməsinə şərait yaratmaqdır. Orada hər kəs bir-biri ilə ünsiyyət qurur, fikirlərini mübadilə edir”.

Nəzrin qeyd edib ki, olimpiada zamanı keçirilən ekskursiyalar və imtahanlardan sonrakı oyunlar çox maraqlı olurdu. O hesab edir ki, bu qərar (müsabiqədənkənar qəbul) ölkəmizdə şagirdlər üçün böyük bir fürsətdir. Xüsusilə son illərdə daha çox məktəblinin olimpiadalarda iştirak etməsi təqdirəlayiqdir.

Gələcək planlarından danışan Nəzrin bildirib ki, xaricdə təhsil almağı düşünür:

“Oradan əldə etdiyim bilik və yenilikləri ölkəmizdə tətbiq edib onun inkişafına dəstək olmaq istəyirəm. Erkən yaşdan olimpiadalara başlamaq gələcək üçün böyük üstünlükdür. Buna görə də ailələrin Elm və Təhsil Nazirliyinin keçirdiyi olimpiadalar barədə məlumatlı olması və şagirdləri bu istiqamətə yönləndirməsi vacibdir. Şagirdlərə tövsiyəm odur ki, olimpiadalara hazırlaşarkən məqsədli, planlı olsunlar və özlərinə inansınlar”.

Yunis İsayev Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunudur.

Aşağı siniflərdən riyaziyyat və informatikaya böyük maraq göstərib və bu səbəbdən ADA Universitetində “Kompüter elmləri” ixtisasını seçib:

“Bu ixtisas hər iki fənni özündə birləşdirir. Həmçinin günümüzdə kompüterləşmənin artması bu sahənin vacibliyini bir daha təsdiqləyir”.

Yunis həm yerli, həm də beynəlxalq səviyyəli bir sıra yarışlarda iştirak edib. Onun uğurları sırasında RFO və müxtəlif bilik yarışları, beynəlxalq miqyasda isə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, “İstedadların Hazırlığı Laboratoriyası” Beynəlxalq Olimpiadası və Balkan Riyaziyyat Olimpiadası yer alır:

“Riyaziyyata marağım hələ kiçik yaşlarımdan başlayıb. Bu marağın formalaşmasında ailəmin, müəllimlərimin dəstəyi, xüsusilə də riyaziyyat olimpiadalarında uğur qazanmış əmioğlumun təsiri böyük olub. Onun olimpiadaçı olması məndə də həvəs yaratdı. Olimpiadaya hazırlıq maraqlı, eyni zamanda çətin idi. Gündəlik çalışma saatlarım dəyişsə də, ümumilikdə 5–8 saat hazırlaşırdım”.

Yunis beynəlxalq yarışlarda iştirakını xatırlayaraq deyir:

“Digər ölkələrdən olan olimpiadaçılarla tanış olmaq və onlarla ünsiyyət qurmaq çox qürurverici və əyləncəli idi. Birlikdə müxtəlif fəaliyyətlərdə iştirak etdik və bu da dostluq mühitinin yaranmasına səbəb oldu. Ciddi çətinliklərlə qarşılaşmadım, lakin imtahanlara görə bəzən başqa dərslərə daha az vaxt ayırmalı olurdum”.

Onun fikrincə, müsabiqədənkənar qəbul olimpiadaya marağı artıran mühüm stimuldur: “Bu addım uşaqlara göstərir ki, əməkləri nəticəsiz qalmayacaq”.

Gələcək planlarına gəldikdə isə Yunis universiteti bitirdikdən sonra magistr təhsilini xaricdə davam etdirməyi düşünür. Boş vaxtlarında futbol oynamaq, stolüstü tennis, futbol izləmək, musiqi dinləmək və kitab oxumaq Yunisin sevimli məşğuliyyətləridir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Şağanda quru otluq sahə YANIR

Şağanda quru otluq sahə YANIR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

End of content

No more pages to load

RADİO