Abituriyentlərin DİQQƏTİNƏ – Bu universiteti seçsəniz, ayda 800 manat təqaüd ala BİLƏRSİNİZ

Naxçıvan Dövlət Universiteti (NDU) tələbələrinin akademik nailiyyətlərini yüksək qiymətləndirir, onların təhsil və sosial təminatına xüsusi önəm verir. Tələbəyönümlü təhsil siyasəti ilə seçilən universitetin inkişaf strategiyasında tələbələrin akademik uğurları, sosial rifahı və şəxsi inkişafı əsas prioritetlər sırasında yer alır.

Bizim.Media xəbər verir ki, bu məqsədlə tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirak imkanları genişləndirilir, təqaüd və sosial dəstək mexanizmləri davamlı olaraq təkmilləşdirilir.

Yüksək nəticə ilə NDU-ya qəbul olan tələbələr üçün isə xüsusi təqaüd proqramları tətbiq olunur.

Belə ki, ən yüksək bal toplayan tələbələr aylıq 800 manatadək təqaüd imkanı əldə edirlər.
 

Bu məbləğə Prezident təqaüdü (350 AZN), əlaçı təqaüdü (200 AZN), həmçinin yüksək bal toplayan abituriyentlər üçün nəzərdə tutulan əlavə təqaüdlər daxildir.


Eləcə də, Universitetdə 650 və daha çox bal toplayan tələbələr 250 AZN, 600-649 bal arası nəticə göstərən tələbələr isə 200 AZN aylıq təqaüd ala bilərlər.

Həmçinin 600-dən yuxarı bal toplayan tələbələr NDU-nun Tələbə Evindən ödənişsiz olaraq yararlanmaq imkanı əldə edirlər.
 

Ali təhsil ocağında Prezident təqaüdü ilə yanaşı Heydər Əliyev, Zərifə Əliyeva, Əziz Səncər, Üzeyir Hacıbəyov və digər görkəmli şəxsiyyətlərin adını daşıyan, universitetin Elmi Şurası tərəfindən təsis edilmiş təqaüdlər də mövcuddur.


Eyni zamanda valideyn himayəsindən məhrum olan tələbələr, şəhid ailəsi statusu olan tələbələr üçün isə xüsusi təqaüd əlavələri nəzərdə tutulur. O cümlədən, uiversitetdə məqsədli təqaüdlər də var. 500 baldan yuxarı nəticə göstərib müəllimlik ixtisasını seçənlərə “Gələcəyin müəllimi” təqaüdü təqdim edilir.
 

Həmçinin sahibkar təqaüdləri, hüquqşünaslıq, stomatologiya və bir neçə başqa ixtisaslarda təhsil alan tələbələr üçün də xüsusi təqaüdlər hər tədris ilində nəzərdə tutulur.


Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində ümumilikdə 42 fərqli təqaüd tələbələri gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

16 yaşlı Vüsalın meyiti TAPILDI

16 yaşlı Vüsalın meyiti TAPILDI

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Tramp bu barədə əmri Ankarada olarkən verib

Tramp bu barədə əmri Ankarada olarkən verib

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

Azərbaycana gətirilən gizli kameraların sirri

Azərbaycana gətirilən gizli kameraların sirri

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

End of content

No more pages to load

RADİO