Azərbaycanlılar hansı telefonu seçir? - Son 5 ilin müqayisəsi

Media Təhlil Mərkəzinin (MTM) “Global Stats” Statistika Mərkəzinin açıqladığı rəsmi rəqəmlər əsasında hazırladığı təhlilə görə, 2020-ci ilin rəqəmlərində Azərbaycan əhalisinin mobil telefon seçimində “Samsung” markası üstünlük təşkil edirdisə, 2025-ci ildə mənzərə köklü şəkildə dəyişib.

Bizim.Media xəbər verir ki, 2020-ci ildə mobil telefon istifadəçilərinin 49,12%-i “Samsung”, 25,56%-i “Xiaomi”, 13,45%-i “Apple”, 11,87%-i isə digər markalara üstünlük verirdisə, cari ildə “Samsung”un bazar payı 26,39%-ə, “Xiaomi”nin satışı isə 19,95%-ə enib. 2025-ci ildə “Apple” istifadəçilərinin payı artaraq 18,81%-ə yüksəlib.

Ən diqqətçəkən dəyişiklik isə digər markalar kateqoriyasında baş verib, 2020-ci ildə 11,87% olan pay 2025-ci ildə 34,85%-ə çatıb.

2025-ci ilin məlumatına əsasən, “Honor” digər kateqoriyasında yer alan mobil telefonların 4,54%-ni, “Huawei” isə 1,08%-ni təşkil edib.

 

2025-ci ildə mobil internet vasitəsilə ən çox istifadə olunan axtarış sistemi 5 il öncə olduğu kimi “Google” olub. Lakin 2020-ci ildə “Google” axtarış sisteminin payı 96,49% idisə, cari ilə bu göstərici 80,34%-ə enib. Azalmanın əsas səbəbi “Yandex” axtarış sisteminin son dövrlərdə populyarlıq qazanmasıdır.


2020-ci ildə ölkəmizdə mobil internet axtarışlarının yalnız 2,45%-i “Yandex” üzərindən həyata keçirilirdisə, 2025-ci ildə bu göstərici 18,19%-ə çatıb. Digər axtarış sistemlərindən istifadə isə ümumi istifadənin 1,47%-ni əhatə edib.
 

Məlumat üçün bildirək ki, “Google” 1998-ci ildə ABŞ-da yaradılmış dünyanın ən geniş istifadə olunan axtarış sistemidir. “Yandex” isə 1997-ci ildə Rusiyada təsis olunub və xüsusilə, Rusiya və postsovet ölkələrində daha məşhurdur.




Bütün dünyada olduğu kimi, Azərbaycanda da süni intellekt proqramları arasında ən geniş istifadə edilən platforma “ChatGPT”-dir. 2025-ci ilin iyul ayı üzrə mobil istifadəçilərin 93,87%-i süni intellekt tətbiqləri arasında məhz “ChatGPT” dən faydalanıb.

“Microsoft” un “Copilot” proqramı istifadəçilərin 4,23%-nin seçimi olmaqla ikinci yerdə qərarlaşıb.

Digər süni intellekt proqramlarından istifadənin ümumi payı isə 1,9%-dir.

Xatırladaq ki, “ChatGPT” “OpenAI” şirkəti tərəfindən 2022-ci ildə yaradılıb.

“Copilot” isə “Microsoft” şirkəti tərəfindən 2023-cü ildə təqdim olunub.


 

“Global Stats” Statistika Mərkəzinin Cənubi Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan və Ermənistan) ilə bağlı açıqladığı rəsmi rəqəmlərə əsasən, “Samsung” telefonları Azərbaycan və Gürcüstanda, “Apple” markalı mobil telefonlar isə Ermənistan bazarında əsas paya sahibdir.


Ölkəmizdə “Samsung” markalı mobil telefonların bazarda payı 26,39%, Gürcüstanda 37,55%, Ermənistanda isə 30,63% təşkil edir.

“Apple” markalı mobil telefonların payı isə Azərbaycanda 18,81%, Gürcüstanda 25,44%, Ermənistanda isə 35,58%-dir.

“Xiaomi” markası Azərbaycanın mobil telefon bazarında ikinci sırada yer alsa da, Gürcüstan və Ermənistanda üçüncü sırada qərarlaşıb. Cari ildə “Xiaomi”nin bazar payı Azərbaycanda 19,95%, Gürcüstanda 16,3%, Ermənistanda isə 15,86% təşkil edib. (Tehlil.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

16 yaşlı Vüsalın meyiti TAPILDI

16 yaşlı Vüsalın meyiti TAPILDI

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Tramp bu barədə əmri Ankarada olarkən verib

Tramp bu barədə əmri Ankarada olarkən verib

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

Azərbaycana gətirilən gizli kameraların sirri

Azərbaycana gətirilən gizli kameraların sirri

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

End of content

No more pages to load

RADİO