Aytən Səfərovaya cinayət işi açıldı

Aparıcı Aytən Səfərovanın barəsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bizim.Media xəbər verir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi sənədlərdə qeyd olunub.
 

Xatırladaq ki, ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində aparıcının idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə "Hyundai İX-35" markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı gəncin ölümü ilə nəticələnmişdi.


Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmalarından sonra belə nəticəyə gəlinib ki, baş vermiş qəzada həm "Hyundai İX-35"in sürücü İsmayıl Məmmədovun, həm də jurnalistin təqsiri olub.
 

19 yaşlı İsmayıl Məmmədova 8 Noyabr prospektindən Sadıqcan küçəsinə dönərkən yol hərəkəti qaydalarına əməl etməyib - dönməni həm ikinci zolaqdan, həm də qırmızı işıqda yerinə yetirib.


Aytən Səfərovaya gəlincə, ekspertiza rəy verib ki, onun da hərəkətində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub.
 

Yəni o, sürət həddini aşıb. Ekspertin rəyinə görə, onun bu əməli ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olub. Qanun bu tələbinə əməl etsəydi, hadisənin qarşısını almağa texniki imkanı olardı.


Bundan başqa, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib.

Hadisə baş verəndə onun sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıb.
 

İstintaqın sonunda "Hyundai İX-35"in sürücüsünə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Hadisə vaxtı onun avtomobilində olmuş və dünyasını dəyişmiş dostu Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb.
 

Məhkəmənin hökmü ilə İsmayıl Məmmədova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il cəza verilib.


Aytən Səfərova haqqında da Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

16 yaşlı Vüsalın meyiti TAPILDI

16 yaşlı Vüsalın meyiti TAPILDI

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Tramp bu barədə əmri Ankarada olarkən verib

Tramp bu barədə əmri Ankarada olarkən verib

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

Azərbaycana gətirilən gizli kameraların sirri

Azərbaycana gətirilən gizli kameraların sirri

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

End of content

No more pages to load

RADİO