Masazırda 2 yaşlı uşağı it dişlədi – FOTO

Abşeron rayonu Masazır qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində 2 yaş 9 aylıq uşağı it dişləyib.

Bizim.Media xəbər verir ki, bu barədə qafqazinfo.az-a onun valideynləri məlumat verib.

Bildiriblər ki, azyaşlı anası ilə birlikdə həyətdə gəzərkən sahibsiz itlər ona hücum edib.

Ətrafdakıların köməkliyi ilə uşağı xilas etmək mümkün olsa da, o, xəsarət alıb.
 

Xəstəxanaya çatdırılan azyaşlıya quduzluq əleyhinə vaksin vurulub, ilkin yardım göstərildikdən sonra evə buraxılıb, hazırda vəziyyəti kafidir.


Məlumata görə, bu ərazidə sahibsiz itlər olduqca çoxdur. Oxşar hadisələr də tez-tez baş verir.
 

Bu səbəbdən də uşaqlar həyətə çıxıb oynaya bilmirlər. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.


Məsələyə Abşeron Rayon İcra Hakimiyyəti münasibət bildirib:

“Sahibsiz heyvanlarla bağlı qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildiririk ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb.
 

Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir.


Bununla yanaşı olaraq Abşeron rayonunda Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır və hazırda bu işlər sənədləşmə mərhələsindədir”.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

16 yaşlı Vüsalın meyiti TAPILDI

16 yaşlı Vüsalın meyiti TAPILDI

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Tramp bu barədə əmri Ankarada olarkən verib

Tramp bu barədə əmri Ankarada olarkən verib

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

Azərbaycana gətirilən gizli kameraların sirri

Azərbaycana gətirilən gizli kameraların sirri

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

End of content

No more pages to load

RADİO