BİZİM TƏQVİM:12 avqustda baş vermiş TARİXİ HADİSƏLƏR

944-cü ildə Cənubi Qafqaza hərbi ekspedisiyasında ruslar müasir qədim Aranın paytaxtı Bərdəni  işğal etdilər. Ruslar bir neçə ay burada qaldılar. Bu müddətdə onlar şəhərin sakinlərin sakinləri öldürüldü və böyük qənimət ələ keçirildi. Lakin isti yay günlərində dizenteriyanın başlanması rusların qənimətlərlə birlikdə qaçmasına səbəb oldu. Beləliklə, 944-cü ilin bu günündə ruslar Bərdəni tərk etdilər.

Bəs, avqustun 12-də dünyada daha hansı hadisələr baş verib?

1. 12 avqust 1851-ci ildə Amerikalı dərzi İsaak Merrit Zinger məkiklə işləyən ilk tikiş maşınını patentləşdirib. “Singer” adlı tikiş maşınının yaradılmasına dərzi cəmi 11 gün vaxt sərf edib.

2. 1865-ci ilin bu günündə cərrahi əməliyyat zamanı ilk dəfə karbol turşusundan (fenol) istifadə edilib. 

3. Kıbrısda (Kipr) rumların türklərə silahlı hücumlarını artırması və Yunanıstanla birləşmə istəklərinə qarşı Türkiyə döyüş təyyarələrinin ada üzərində uçuşları Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının çağırışı ilə 1964-cü ilin 12 avqustunda sona çatdı. BMT Kıbrıs adasında iki cəmiyyətli tampon bölgə yaratmaq üçün qərar verdi.

4. 12 avqust 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradılıb.

5. 12 avqust 2000-ci ildə Rusiyanın Şimal Donanmasının Barents dənizində apardığı genişmiqyaslı manevrlərin gedişində “Kursk” K-141 atom sualtı qayığı qəzaya uğrayaraq 107 metr dərinliyə çökdü. Əcnəbi mütəxəssislərin də qoşulduğu xilasetmə işləri heç bir nəticə vermədi, sualtı qayıqdakı 118 matrosun hamısı həlak oldu. Sonrakı tədqiqatlar göstərib ki, faciəyə səbəb qayığın torpedo hissəsində nasazlıq və bunun nəticəsində özbaşına açılan atəş olub.

6. Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə qeyd olunur.

12 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın tanınmış pedaqoq alimi Fərhad Ağazadə 1880-ci ilin bu günü Qarabağın mərkəzi Şuşada dünyaya gəlib. Fərhad Ağazadə “Türk dilinin dirilmək və zənginləşmək yolları”, “Türk dilində vurğu məsələsi”, “Qramer” kitablarının müəllifidir (1880-1931).

2. Azərbaycan aktyoru və rejissoru Mir Seyfəddin Kirmanşahlı 12 avqust 1892-ci ildə anadan olub. XX əsrin 20-ci illərindən Azərbaycan Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərən, Bakı Teatr Texnikumunda dərs deyən, bir sıra filmlərdə çəkilən Mir Seyfəddin Kirmanşah 1930-ci ildə İrana qayıdıb, Təbriz və Tehran şəhərlərində işləyib (1892-1933).

3. Məşhur agent Ceyms Bond obrazını yaradaraq əsərlərilə onu bütün dünyaya tanıdan ingilis yazıçısı Yan Fleminq 1964-cü ilin 12 avqustunda 56 yaşında həyatdan köçüb. 

4. Xalq şairi, şair Qabil 12 avqust 1926-cı ildə anadan olub .1926-2007). O, 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına,1996-cı ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal 2” ordenlərinə, 1980-ci ildə “Əmək igidliyinə görə” medalına və digər mükafatlara layiq görülüb. Şair “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri” kimi bir sıra kitabların müəllifidir.

5. Avqust 1960-cı ildə Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərov anadan olub.

6. Azərbaycanlı aktyor, Xalq artisti Şahmar Ələkbərov 12 avqust 1992-ci ildə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Zaqatalaya sel gəldi: Bir kəndlə əlaqə kəsildi - VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

Planetin ən böyük 11 heyvanı: Birinin orqanı bir filin çəkisi qədərdir

16 yaşlı Vüsalın meyiti TAPILDI

16 yaşlı Vüsalın meyiti TAPILDI

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Xarkovda raket yaşayış binasına düşdü: Ölən və yaralılar var

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

Daxildə etirazlar, xaricdə zəifləyən mövqelər – Makronun Fransanın gələcəyinə vurduğu ÖLÜMCÜL ZƏRBƏ – VİDEO

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq" - VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Taxılla dolu TIR belə yandı – VİDEO

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Dərnəgül yolunda dəhşətli qəza - Sürücü həlak oldu - Video

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Ukraynada Vişnoye şəhəri belə dağıdıldı - Dəhşətli FOTO

Tramp bu barədə əmri Ankarada olarkən verib

Tramp bu barədə əmri Ankarada olarkən verib

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

Kiyevə atılan 5 ballistik raketdən heç birini zərərsizləşdirmək mümkün olmayıb – VİDEO

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

Azərbaycana gətirilən gizli kameraların sirri

Azərbaycana gətirilən gizli kameraların sirri

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

DÇ-2026: 1/4 finalın cütlükləri və oyun təqvimi

End of content

No more pages to load

RADİO