Jurnalistin xanımının müraciətinə Prezidentin köməkçisi reaksiya verdi

Əli Həsənov: "Cənab Prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı bu tipli məsələlər daim diqqətdə saxlanılır"

Məlum olduğu kimi, jurnalist Natiq Qocaman 1 fevral tarixindən insult səbəbindən koma vəziyyətinə düşüb və hazırda Mərkəzi Klinik xəstəxanada müşahidə altındadır. Jurnalistin xanımı Könül Qocaman həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib.

Moderator.az xəbər verir ki, müraciət yayınlanandan qısa müddət sonra müraciətə reaksiya verilib.xa0

Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov musavat.com-a bildirib ki, komada olan jurnalistin müalicəsi ilə maraqlanıb, xəstəxananın baş həkimi ilə bilavasitə söhbət edib və vəziyyət haqqında tam informasiyanı alıb: “Cənab Prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı yaranmış bu tipli halları daim diqqət mərkəzində saxlayır, mütəmadi maraqlanıram. Zərurət yarandığı təqdirdə cənab Prezidentə bu haqda məruzə edilir və müvafiq yardım göstərilir. Nəzərinizə çatdırmaq istəyirım ki, bundan əvvəlki dövrlərdə də ayrı-ayrı jurnalistlərin səhhətində yaranmış ciddi problemlərlə, həm ölkə daxilində, həm xaricdə təcili müalicə ilə bağlı dövlət dəstəyi üçün cənab Prezidentə müraciət olunub və bütün hallarda onun tapşırığı ilə bu məsələlər həll edilib.

Natiq Qocayevlə bağlı məsələyə gəldikdə, bildirirəm ki, mənə məlumat daxil olan kimi hazırda onun yerləşdiyi Mərkəzi Klinik Xəəstəxananın rəhbərliyi ilə əlaqə saxlamışam. Həkimlərinin rəyinə görə, hazırda Natiq Qocayevi bir yerdən başqa yerə köçürtmək, daşımaq mümkün deyil. Əvvəlcə ümumi təcrübəyə uyğun olaraq onun durumu sabitləşdirilməli, müalicəyə reaksiyası təmin olunmalı, transportabel vəziyyətinə gətirilməlidir. Mənim əldə etdiyim məlumata görə, bunun üçün hazırda Mərkəzi Klinik xəstəxanada dünyanın ən öncül klinikalarında tətbiq olunan metodlarla Natiq Qocayevin müalicəsi aparılır”.

Cənab Əli Həsənov deyib ki, xəstəxananın baş həkimi ilə şəxsən danışıb, təfsilatlı məlumat alıb, jurnalistin müalicəsi nəzarət altındadır: “Onun hazırda aparatdan ayrılıb, haraya isə aparılması mümkün deyil. Biz ona Allahdan can sağlığı arzılayırıq. Həkimlər əlindən gələni edir, biz də onun müalicəsi ilə daim maraqlanırıq. Sonrakı müddətdə, stabilləşmə baş verəndən sonra lazım gəlsə xaricdə müalicəsi də davam etdiriləcək”.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

22 yaşlı Aminin həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

22 yaşlı Aminin həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

İlham Əliyevdən Monqolustan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Monqolustan Prezidentinə MƏKTUB

İlham Əliyev Laçında üç su elektrik stansiyasının açılışında iştirak etdi – FOTO

İlham Əliyev Laçında üç su elektrik stansiyasının açılışında iştirak etdi – FOTO

İran elmi sektora dəyən ZƏRƏRİ AÇIQLADI

İran elmi sektora dəyən ZƏRƏRİ AÇIQLADI

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Xaçmazda yaşayış evi yandı – ÖZƏL -VİDEO

Xaçmazda yaşayış evi yandı – ÖZƏL -VİDEO

20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

End of content

No more pages to load

RADİO