İnsanlar min il yaşaya biləcək? – “İslamda buyurulub ki...”

Texnologiya və biotibbi sahədə çalışan ekspertlərin fikrincə, bəşəriyyət gen mühəndisliyi, robot texnologiyaları və süni intellekt sahəsindəki irəliləyişlər sayəsində uzunömürlülükdə yeni bir mərhələyə qədəm qoymaq üzrədir. Dünyanın aparıcı futuristləri və tədqiqatçıları artıq bunun baş verəcəyi tarixlərə dair proqnozlar veriblər.

Proqnoz verənlər arasında Böyük Britaniyadan futurist doktor Yan Pirson, Quql şirkətinin keçmiş mühəndisi Rey Kurtsveyl və biotibbi mütəxəssis Obri de Qrey də yer alır. Onların hər biri minillik həyat yolunu fərqli görsə də, hamısı bu gələcəyin uzaqda olmadığını düşünür.

Bu necə mümkün olacaq?

Pirson əmindir ki, 2050-ci ilə qədər ən zəngin insanlar gen mühəndisliyi, robototexnika və şüurun rəqəmsal köçürülməsi sayəsində 1000 il yaşamaq imkanına sahib olacaqlar. Onun fikrincə, insan şüurunu ya android bədəninə, ya da virtual reallığa köçürmək mümkün olacaq. Əvvəlcə bu texnologiyalar yalnız elita üçün əlçatan olacaq, lakin 2060-cı illərdə orta təbəqə də onlardan istifadə edə biləcək.

O əlavə edib ki, gələcəyin tibbi, hüceyrə səviyyəsində qocalmanı dayandırmağa və hətta onu geri çevirməyə, həmçinin xərçəng və ürək-damar xəstəlikləri kimi patologiyaları hələ yaranmadan əvvəl müalicə etməyə imkan verəcək.

Texnologiyalar sahəsində verdiyi dəqiq proqnozlarla tanınan Rey Kurtsveyl isə hesab edir ki, 2029-cu ilə qədər süni intellekt insan beyni ilə eyni səviyyəyə çatacaq. Bu, onun "singulyarlıq" adlandırdığı dövrün başlanğıcı olacaq. 2045-ci ilə qədər isə insanla maşın tam şəkildə birləşəcək və bu, ölümsüzlüyə yol açacaq.

Kurtsveylin fikrincə, süni intellekt qida və yaşayış kimi əsas ehtiyacları xeyli ucuzlaşdıracaq, İlon Maskın "Neuralink" layihəsi kimi beyin-kompüter interfeysləri vasitəsilə şüur məlumat buluduna qoşula biləcək. Bu da insan intellektinin milyonlarla dəfə artmasına və şəxsi şüurun köçürülərək yeni bədənlərə yerləşdirilməsinə səbəb olacaq.

Gerontologiya sahəsində mütəxəssis olan Obri de Qrey isə XXI əsrin tibb elminin qocalmanı geri çevrilə bilən prosesə çevirəcəyini iddia edir. O, 2050-ci ilə qədər qocalığın adi bir xəstəlik kimi qəbul ediləcəyini və müalicə edilə biləcəyini düşünür.

Bəs, islam dini bu barədə nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, din də elm də deyir ki, ölümsüzlük mümkün deyil:

“Dinə görə Allah insan da daxil olmaqla bütün varlıqları müəyyən müddət üçün yaradıb. Vaxtı gələndə həyatına son verir. Elm də sübut edir ki, varlıqlar maddədən təşəkkül tapıb, maddə, hüceyrə də yaşayır, yaşlanır və funksiyasını dayandırır. Hətta kainatdakı planetlər, ulduzlar da əbədi deyil. İslam fəlsəfəsinə görə Allah hər şey üçün ölçü ilə təqdir edib. İnsanı da müəyyən ömür yaşaması üçün yaradıb, ona bu dünyada əbədilik bəxş etməyib.

Hamı öləcək. Amma nə vaxt öləcəyi yaşadığı mühitə, qidalanmasına, necə həyat yaşamasına bağlıdır. Sağlam həyat sürərsə, stressiz yaşayarsa, uzun ömürlü olar, özünü təhlükələrdən qorumazsa, ömrü qısa olar. Ancaq hər bir halda sonda ölməsi mütləqdir. Lakin nə vaxt ölməsi isə qəzadır. Qəzavü-qədər anlayışı budur”.

“Tibb inkişaf edərək insanın, yaxud heyvanın ömrünü uzada bilər”.

Müsahibimiz əlavə edib ki, tibb insan ömrünü uzada bilər:

“Ancaq bu yalnız tibbi nailiyyət sayıla bilər. Həyati baxımdan heç nə dəyişməyəcək. Vaxtilə insanlar min ilə qədər yaşayıb. Qurana görə Nuh peyğəmbər 950 il ömür sürüb. Bu müddət ərzində ona cəmi bir neçə adam iman gətirib.

Amma Məhəmməd peyğəmbər 63 il ömür sürüb öz dövründə dünyanın nizamını dəyişəcək sistem yaradıb, din meydana gətirib. Demək görüləcək işlər üçün, dünyaya nəsə bəxş etmək üçün ömrün uzun olması deyil, mənalı olması, keyfiyyətinin yüksək olması əhəmiyyətlidir. İnsan var ki, uzun ömür yaşayır, amma həyatının heç kəsə bir faydası olmur, əksinə ziyan vurur. Adam da var ki, qısa ömrü ilə bir dünyalıq irs qoyub gedir”.

Uzunömürlülüyün fəsadları

Tural İrfan hesab edir ki, insanların uzun yaşaması reallığa çevrilərsə, ya müharibələr artacaq, ya da müxtəlif viruslar yaymaqla insanlığın sayını azaldacaqlar:

“Çünki dünyanın təbii ehtiyatları və resursları on milyardlarla insan üçün yetərli deyil. Hər halda Allah ümumi nizamı qoruyur. İnsanlara uzun ömür deyil, mənalı, faydalı ömür yaşamağın yollarını öyrətmək lazımdır. Uzun ömür yaşayan heyvanlar var ki, faydasından çox ziyanı var. Amma bal arısı çox az yaşayır, lakin insanlıq üçün əvəzsiz faydalar bəxş edir. Uzün ömür yaşamağa meyl insanlığın axirət inancından, öldürən sonrakı əbədi həyata inamsızlığından irəli gəlir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran elmi sektora dəyən ZƏRƏRİ AÇIQLADI

İran elmi sektora dəyən ZƏRƏRİ AÇIQLADI

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Keniyalı jurnalist: “Afrikanın elmi nailiyyətləri lazımınca işıqlandırılmır” – FOTO

Xaçmazda yaşayış evi yandı – ÖZƏL -VİDEO

Xaçmazda yaşayış evi yandı – ÖZƏL -VİDEO

20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

Skuter sürənləri bu cərimələr gözləyir – 4000 manatadək

Skuter sürənləri bu cərimələr gözləyir – 4000 manatadək

Afrika haqqında formalaşdırılan mənfi təsəvvürlərə seneqallı jurnalistdən REAKSİYA – FOTO

Afrika haqqında formalaşdırılan mənfi təsəvvürlərə seneqallı jurnalistdən REAKSİYA – FOTO

Monteneqroda baş verən cinayətin izi Azərbaycana qədər uzandı... – DETALLAR

Monteneqroda baş verən cinayətin izi Azərbaycana qədər uzandı... – DETALLAR

Jan-Mişel Brun Bakıda Fransa mətbuatının əsl simasını İFŞA ETDİ – FOTO

Jan-Mişel Brun Bakıda Fransa mətbuatının əsl simasını İFŞA ETDİ – FOTO

Bu aylarda doğulan insanlar tezliklə talelərini dəyişəcəklər

Bu aylarda doğulan insanlar tezliklə talelərini dəyişəcəklər

Baham adalarında TƏYYARƏ QƏZASI – Bütün sərnişinlər həyatını itirdi – VİDEO

Baham adalarında TƏYYARƏ QƏZASI – Bütün sərnişinlər həyatını itirdi – VİDEO

Alston Lourens: “Bəzən bizim hərəkatlar radikal kimi təqdim olunur” – FOTO

Alston Lourens: “Bəzən bizim hərəkatlar radikal kimi təqdim olunur” – FOTO

Şəkər tozu BAHALAŞACAQ

Şəkər tozu BAHALAŞACAQ

Sedrik Monzia Aundu: “Jurnalistlərin əsas vəzifəsi daha ədalətli informasiya mühiti formalaşdırmaqdır” – FOTO

Sedrik Monzia Aundu: “Jurnalistlərin əsas vəzifəsi daha ədalətli informasiya mühiti formalaşdırmaqdır” – FOTO

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

End of content

No more pages to load

RADİO