SAXTA PİVƏLƏR - “Hacı” pivəsinin içində spirt var”- Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ

Yay mövsümü başlayanda insanların sərinləşdirici içkilərə tələbatı artır. Xüsusilə spirtli içki olan pivənin məhz bu fəsildə populyarlığı gündəmə gəlir. Pivənin yaşı təxminən 4 min il əvvələ gedib çıxır. Bu içkinin Şumer reseptinə əsasən hazırlandığı deyilir.

Azərbaycanda isə pivə istehsalına ötən əsrin 60-cı illərindən başlanılıb. O zaman ölkəmizdə ilk və kiçik pivə zavodu Abşeronun Zığ qəsəbəsində fəaliyyətə başlayıb.

Daha sonra Xırdılanda istehsal gücü artıq olan yeni pivə zavodu tikilib istifadəyə verilib. Hazırda isə ölkəmizdə pivə istehsalı ilə məşğul olan xeyli sayda müəssisə fəaliyyət göstərir. Üstəlik ildən ilə yerli istehsal artır. Bununla yanaşı xaricdən də Azərbaycana pivə idxal olunur. İstehlakçılar daha çox yerli məhsula üstünlük versələr də, saxta pivələrin bazara daxil olması ilə bağlı da faktlar var. Məhsulun hazırlanmasının xüsusi texnalogiyası və standartları olduğu halda, bu göstəricilərə nəzarət etməyən xeyli müəssisələr var. 
 

MÖVZU İLƏ BAĞLI:

“Heineken” pivəsi Ermənistanda Azərbaycanı təbliğ edir? – Ermənilər ŞOKDA - FOTO


Bəs, əsl pivəni necə tanıya bilərik? Hansı pivələr keyfiyyətlidir? Hər gün 2-3 şüşə pivə içmək insan orqanizminə necə təsir edir?  

Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında deyib ki, isti havalar başlayandan pivələrlə bağlı şikayətlər artıb:

“Pivə qeyri-adi bir qıcqırtma məhsuludur. Əgər 1 ton pivənin içərisinə 1 stəkan qıcqırmış pivə atarsansa, o 1 ton pivənin hamısını xarab edə bilər. Bu baxımdan pivə satıcıları bu məhsulla çox diqqətli davranmalıdırlar. Uzun illər Azərbaycanda, xüsusilə bölgələrdə istehlakçıların görmədiyi 3 kran qoyulub. Biri su kranı, digəri köhnə, o birisi isə yeni pivə...İstehlakçının üzünə baxıb hansından lazımdırsa, ondan, bəzən də su ilə qarışdırıb verirdilər. Demək olar ki, indi bu hal azalıb”. 

Saxta “NZS”-lər bazarda...

QHT rəhbəri istehlakçılara şübhəli pivələrlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə müraciət etmələrini tövsiyə edib:
 

“Ölkədə ciddi problemin biri “NZS” və “Azəri” pivələrinin saxta variantının olması ilə bağlıdır. Bakıda istehsal olunan “Azəri” pivəsinə insanların böyük tələbatı var. Amma “NZS” adı altında saxta pivə aldatmaları da mövcuddur.


Xüsusilə Xaçmazda və Cənub bölgələrində yalançı “NZS” adı altında saxta pivə istehsalı var. Təssüflər olsun ki, “NZS” və “Azəri” pivə zavodlarının öz mal brendlərinin qorunması ilə ciddi məşğul deyillər. Əsl pivə arpanın qıcqırtmasından əmələ gəlir. Arpa səməni halına gətirilir, sonra yeni fiqmentlər yaranır  və onu qıcqırdıb pivəni alırlar. Qarğıdalı, buğda və digər bitkilərdən də pivəni almaq mümkün olur”. 

“Pivə bazarı təmiz deyil”

Eyyub Hüseynov yerli pivəyə daha çox üstünlük gərəkdiyini əlavə edib:

“Xaricdən idxal olunan pivələrin yararlılq müddəti çoxdur. Bu isə o deməkdir ki, onların tərkibinə əlavə qatqı qatılır ki, biz hələ də bunu bilmirik. Bütün hallarda xaricin ən yaxşı brendindən də yerli, canlı pivə yaxşıdır. Digər məsələ “Hacı” pivəsi ilə bağlıdır. Rusiyanın və Azərbaycanda fəaliyyət göstərən “Baltika” pivə zavodunun direktoru bu günlərdə açıqlamasında bildirmişdi ki, həmin pivənin tərkibində spirt var. Sadəcə “Hacı” pivəsi adı altında insanlara satılır. Bir sözlə pivə bazarı o qədər də təmiz deyil və ciddi nəzarət olunmasına ehtiyac var”.

Eyyub Hüseynov Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasının iyunun 24-də keçiriləcəyi iclasında pivə bazarındakı vəziyyətlə bağlı məsələ qaldıracağını da bildirib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

Aparıcı Çinarə ana oldu - VİDEO

Aparıcı Çinarə ana oldu - VİDEO

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR

Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR

İlqar Hacıyevə yüksək vəzifə verildi

İlqar Hacıyevə yüksək vəzifə verildi

Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

"Qızımın bloger və ya aparıcı olmasını istəyirəm"

"Qızımın bloger və ya aparıcı olmasını istəyirəm"

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Həftəsonu maqnit qasırğası OLACAQ

Həftəsonu maqnit qasırğası OLACAQ

DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

Sarayda velosiped sürən uşağa İTLƏR HÜCUM ETDİ

Sarayda velosiped sürən uşağa İTLƏR HÜCUM ETDİ

Qusarın kəndində bayram əhval-ruhiyyəsi: sakinlərin su problemi həll olundu - FOTO

Qusarın kəndində bayram əhval-ruhiyyəsi: sakinlərin su problemi həll olundu - FOTO

End of content

No more pages to load

RADİO